اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً 
Bugün: 22.05.2012, 30 Cəmadiyül-axır 1433

"Azərbaycan İrana tutarlı cavab verdi"

Yayım Tarixi: 16.02.2012 23:52
Siyasət
Yazı ölçüsü: büyüt küçült         

haber
Mixail Lavon Lotemin sözlərinə görə, İranın Azərbaycana göndərdiyi notada İsraillə bağlı irəli sürülən ittihamlar tamamilə əsassızdır

İranın Azərbaycana verdiyi etiraz notasına İsrailin ölkəmizdəki səfiri münasibət bildirib. İsrail səfiri Mixail Lotem ANS-ə eksklüziv müsahibəsində notada yazılanların əsassız olduğunu və rəsmi Bakının İrana kifayət qədər tutarlı cavab verdiyini qeyd edib.

İranın Azərbaycana göndərdiyi notada İsraillə bağlı irəli sürülən ittihamları tamamilə əsassız adlandıran Mixail Lavon Lotem bəyan edib ki, notada qeyd olunan guya İsrail xüsusi xidmət orqanlarının İrana qarşı Azərbaycan ərazisindən istifadə etməsi ilə bağlı iddialar absurddur. Onun sözlərinə görə, İranın göndərdiyi nota ilə bağlı Azərbaycan rəsmilərinin açıqlamaları ilə tanış olub: “Hesab edirəm ki, hətta mən onlar qədər bu notaya hərtərəfli cavab verə bilməzdim. Yəni bir sözlə, sizin rəsmilər bu sənədi tam dolğun cavablandırıblar. O ki qaldı notada istinad olunan məqaləyə, mən yalnız onu deyə bilərəm ki, əsas diqqət yetiriləsi məqalə deyil, məqalədən kimin və necə istifadə etməsi məsələsidir. O zaman ittihamların nə dərəcədə əsassız olduğu ortaya çıxacaq”.


ANS
islamazeri.az




  

Məlumatdan istifadə etdikdə istinad vacibdir!



Saytı hazırladı artiweb || IE 8+, Firefox 3.6+, Crome 10+, Macromedia Flash, 1024 x 768