اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً 
Bugün: 22.05.2012, 30 Cəmadiyül-axır 1433

Azərbaycan ərəb şeyxləri ilə bəhsə girib (Video)

Yayım Tarixi: 20.02.2012 12:03
Azərbaycan
Yazı ölçüsü: büyüt küçült         

haber
Rus saytları Xəzərdə “Bürc-Xəlifə” layihəsini məsxərəyə qoydu

Azərbaycanda Xəzər dənizində süni adada tikiləcək dünyanın ən böyük binası Rusiya mətbuatında məsxərə mövzusu olub. “Vesti”, “Qudok”, “Biznes stil” qəzet və portalları  dünyanın ən hündür binası Bürc-Xəlifədən (828 m, 163sm)  sonra 1050 metrlik göydələnin ucaldılmasını fantastik, həm də milyardların çölə atılması kimi xarakterizə ediblər. 

“Biznes stil”in yazdığına görə, 2 min hektar ərazidə  yaradılacaq 41 süni ada sonradan ekoloji problemlər də yarada bilər. Şirkətin baş investoru “Avesta Consern” açıqlayıb ki, göydələnin tikintisinə 2 milyard dollar ayrılacaq. Bütün şəhərcik isə ilkin hesablamalara görə 100 milyard dollara başa gələcək. Rus portallarının yazdığına görə, konsern bu arxipelaqda hətta universitet açmaq istəyir. “Formula-1“ yarışları keçirmək üçün trek də tikmək niyyətindədir. Arxipelaqın aeroportu da olacaq. Ruslar cəmi 40 km aralıda yerləşən beynəlxalq aeroportdan sonra bu aeroportun nəyə lazım olduğunu anlaya bilmədiklərini də qeyd edirlər. Bu arada məlum olub ki, Səudiyyə Ərəbistanı Azərbaycanı qabaqlamaq istəyir. 

Ərəb şeyxləri 2019-2022-ci ilədək “bizim göydələn”dən 11 metr hündürünü tikməyi planlaşdırırlar. Görək, Azərbaycan “planka”nı neçə metr qaldırmaq fikrindədir. \azadləq.info\

 
islamazeri.az




  

Məlumatdan istifadə etdikdə istinad vacibdir!



Şərh et yorum

ŞƏRHLƏR

Siddiqeyi Kubra
20.02.2012 18:06

ELA,ELA,ELA,NEYINIZE LAZIM EXLAQ,EDEB,IFFET AY QADINLAR?! GORUN NE GOZEL SEYLER YARANIR SIZLER UCUN.NELER EMELE GETIRILIR,AMMA NEYIN NAMINE?!
Şərh et yorum

 

Saytı hazırladı artiweb || IE 8+, Firefox 3.6+, Crome 10+, Macromedia Flash, 1024 x 768