اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً 
Bugün: 22.05.2012, 30 Cəmadiyül-axır 1433

Azərbaycan Ağsaqqallar Şurasının təsis konfransı keçiriləcək

Yayım Tarixi: 20.10.2011 13:00
Müsahibə
Yazı ölçüsü: büyüt küçült         

haber
Azərbaycan ağsaqqallar şurasının yaradılması ilə bağlı xəbər vermişdik.

Həmçinin bildirmişdik ki, şuranın təsis edilməsi ilə  bağlı işlər gedir və regionlarda yaşayan ağsaqqallarla müzakirələr aparılır. Redaksiyamızın qonağı olan Nardaran Ağsaqallar Şurasının sədri Natiq Kərimovla da söhbətimiz zamanı məlum oldu ki, yaxın günlərdə Azərbaycan Ağsaqallar Şurasının təsis konfransı keçiriləcəkdir. Mövzunu daha geniş işıqlandırmaq üçün Azərbaycan Ağsaqqallar Şurasının təşəbbüs qrupunun üzvü Natiq Kərimov qonağımız olub.

Bildiyimiz kimi, yaxın günlərdə Azərbaycan Ağsaqqallar Şurasının təsis konfransı keçiriləcəkdir. Təsis konfransında əsasən hansı məsələlər qabardılacaq?

- Azərbaycan Ağsaqqallar Şurasının təsis konfransı bu yaxınlarda təşkil ediləcək. Konfransda bir sıra məsələlərə toxunulacaqdır. Əvvəla, bu şuranın qeyri hökumət təşkilatı kimi formalaşması üçün məramnamə və nizamnaməsi hazırlanacaq. Şura təsis olduqdan sonra hansı işləri görməsi və bu kimi məsələləri şuranın üzvlərinə və idarə heyətinə çatdıracağıq. Bundan əlavə, təsis konfransında bütün üzvlərin fikirlərini dinləmək və fikir mübadiləsi aparmaq fikirindəyik.

Təşəbbüs qrupunun regionlara səfəri zamanı hansı məsələlər önə çəkilib?

- Təşəbbüs qrupu olaraq biz iki dəfə şimal və cənub zonalarında səfərdə olmuşuq. Səfərimiz zamanı regiondakı ağsaqqallarla, ziyalılarla görüşlər keçirmişik. Əsasən, yaradılacaq şura haqqında onları məlumatlandırmışıq. Qarşılıqlı müzakirə zamanı region ağsaqqallarının da maraqlı təklifləri oldu. Təkliflərdən biri də bundan ibarət idi ki, bütün regionlarda şuranın nümayəndələri fəaliyyət göstərsin. Təbii ki, bu Azərbaycan Respublikasının müvafiq qanunları əsasında həyata keçirilməlidir.

Dövlət tərəfindən təsis edilmiş Ağsaqqallar Şurası da fəaliyyət göstərir. Bəs sizin təsis edəcəyiniz Ağsaqallar Şurası onlardan hansı işləri ilə seçiləcək?

- Bizim bu şuranı yaratmaqda məqsədimiz dövlət tərəfindən yaradılmış Ağsaqallar Şurasına alternativ olmaq deyil. Əksinə, biz onlarla da sıx əməkdaşlıq edəcəyik. İşimizə gəlincə isə Azərbaycanın yüksəlişi naminə bir sıra işlər görmək əzmindəyik. Görəcəyimiz işlər barədə şuranın üzvləri tərəfindən ciddi hesab edilən təkliflər vardır. /birlik.az/
islamazeri.az




  

Məlumatdan istifadə etdikdə istinad vacibdir!



Saytı hazırladı artiweb || IE 8+, Firefox 3.6+, Crome 10+, Macromedia Flash, 1024 x 768