اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً 
Bugün: 22.05.2012, 30 Cəmadiyül-axır 1433

Azərbaycan bu il “qaynayacaq” ölkələr siyahısında

Yayım Tarixi: 14.02.2012 13:42
Siyasət
Yazı ölçüsü: büyüt küçült         

haber
Amerika təşkilatı ölkəmizdə siyasi riskin artacağını proqnozlaşdırır

Mərkəzi qərargahı ABŞ-ın Çikaqo şəhərində yerləşən “AON” qeyri-hökumət təşkilatı 2012-ci il üçün dünya ölkələrində siyasi risq indeksini açıqlayıb. Təşkilatın analizlərinə görə, ötən illə müqayisədə 2012-ci ildə üç ölkədə siyasi risq aşağı enib. Bunlar Ukrayna, Moldova və Uruqvaydır.

“AON”dan yayılan açıqlmada bildirilir ki, ərəb ölkələrini bürüyən etiraz dalğası bəzi ölkələrdə siyasi risq ehtimalını artırıb.

Təşkilatın indeksinə görə, 21 ölkədə siyasi risqin artması ötən illə müqayisədə daha çoxdur. Azərbaycan da bu il siyasi risqlərin artacağı ölkələr sıyahısındadır. Ölkəmizlə eyni cərgəyə Bəhreyn, Kolumbiya, Xorvatiya, Misir, Folklen adaları, Qabon, Qvatmela, Qvineya-Bisau, Liviya, Mərakeş, Oman, Pakistan, Svazilend, Suriya, Tayland, Uqanda, Vyetnam və Qərbi Saxara daxil edilib./Azadlıq qəzeti
islamazeri.az




  

Məlumatdan istifadə etdikdə istinad vacibdir!



Saytı hazırladı artiweb || IE 8+, Firefox 3.6+, Crome 10+, Macromedia Flash, 1024 x 768