Hadisə Zaqatala rayonu ərazisində baş verib
Yevlax-Zaqatala-Gürcüstan magistral yolunda ölümlə nəticələnən ağır yol qəzası baş verib.
Bu barədə Baş Dövlət Yol Polisi idarəsinin istintaq və təhqiqat bölməsindən məlumat verilib. Məlumata görə, hadisə ötən gün axşam saatlarında Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun 131-ci kilometrliyində, Zaqatala rayonu ərazisində baş verib.
1986-cı il təvəllüdlü, Balakən rayonu Tülü kənd sakini Qarayev Zaur Şamil oğlu idarə etdiyi “Mersedes” markalı avtomobillə Balakən rayonu istiqamətində hərəkətdə olarkən avtomobili aşırıb. Baş vermiş qəza nəticəsində müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan Zaur Qarayev Zaqatala Mərkəzi Rayon Xəstəxanasına(MRX) aparılarkən yolda keçinib.
Qəza zamanı avtomobildə olan digər iki nəfər sərnişin, Balakən rayon sakinlərinin xəsarətləri yüngül olduğundan onlar Zaqatala MRX-da müayinədən keçdikdən sonra ambulator müalicə olunmaq üçün evə buraxılıblar.
Faktla bağlı DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırma aparılır.
islamazeri.az