Londonda dərc olunan Economist jurnalı Azərbaycan haqqında yazı dərc edib
Yazı Bakının dəbdəbəli küçələrinin və butiklərinin təsviri, qara London taksiləri, hündür bayraq dirəyi, gələn il keçiriləcək Avroviziya yarışması üçün tikilən arena barədə qeydlə başlayır. İslamazeri.az-ın BBC-yə istinadən verdiyi xəbərə görə, müəllif yazır ki, sevilməyən sovet şəhəri Bakı 2006-cı ildə əsas ixrac kəməri işə düşəndən sonra yerlilərin evlərindən çıxarılaraq tikildiyi binalar hesabına cah-cəlallı paytaxta çevrilib.
Yazıda deyilir ki, İlham Əliyev 2003-cü ildə hakimiyyəti atası Heydər Əliyevdən təhvil alanda çoxları onu Moskvada təhsil almış, atasının bacarıqlarına malik olmayan “parlaq gənc” hesab edirdi.
“Ancaq son bir neçə ildə o, gücünü möhkəmlətdi, müxalifəti sıxışdırdı, rəqiblərini sıradan çıxardı və prezidentlik müddətinə qoyulan məhdudiyyətləri ləğv etdi”.
Gücsüz QərbYazı müəllifi deyir ki, Bakının mərkəzində nümayiş olunan zənginlik şəhərin kənarlarına belə gedib çıxmasa da, adi azərbaycanlılar artan gəlirlərdən faydalanır və yoxsulluq azalıb. “Ərəb inqilabları dalğalarının niyə Bakı sahillərindən o tərəfə keçə bilməməsi də bunula izah oluna bilər” - yazan müəllif ötən ilin martında Bakıda keçirilən etiraz nümayişlərinin dağıdıldığını qeyd edir.
“Qərbin Azərbaycanı tənqid etməyə nə həvəsi nə də gücü var. Amerika üçün Azərbaycan Əfqanıstana əhəmiyyətli transit marşrutudur. Avropa üçün o, qeyri-Rusiya qazının mühüm potensial mənbəyidir” – yazıda deyilir.
Müəllifə görə, qazı və coğrafi mövqeyi Azərbaycana beynəlxalq mövqe qazandırsa da, "əslində rejimi hakimiyyətdə saxlayan onun neftə arxalanan hədə-qorxularıdır".
Yazıda bir rəsmiyə istinadən deyilir ki, müxalifət “dişsiz” olsa da, bu, siyasətin ölməsi demək deyil.
OliqarxlarMüəllif system daxilində oliqarx qrupların balanslaşdırıldığını deyir və klan maraqları arasında əsas vasitəçi fiqurun Prezident Adminstrasiyasının 73 yaşlı rəhbəri Ramiz Mehdiyev olduğunu yazır.
“Ancaq Mehdiyev daxili işlər və dövlət məmurlarına nəzarət etməkdə ikən, oliqarxlar da ölkə iqtisadiyyatını idarə edir”.
“Ən güclü oliqarxlardan biri fövqəladə hallar naziri, pop ulduzları öz bəstələrini oxumağa sövq edən Kəmaləddin Heydərovdur. O, gömrüyə nəzarət edir”.
“O və London İqtisadiyyat Məktəbini bitirmiş, Britaniya kral ailəsilə oturub-duran oğlu bzines imperiyası yaradıb, bura balıq və kürü monopoliyaları daxildir. Əmlak və tikinti monopoliyasından isə heç danışmayaq”.
Yazı müəllifi deyir ki, Azərbaycanda neft pulları iş yerləri yox, inkişaf illüziyası yaradır.
“Neft istehsalı güclü olsa da, ölkənin pulu çox olsa da, inkişaf üçün islahatlar lazımdır”.
“Hələlik isə hökumət neftin qoxusundan elə sərxoşdur ki, gələcək haqda düşünə bilmir”.
islamazeri.az