اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً 
Bugün: 22.05.2012, 30 Cəmadiyül-axır 1433

Azərbaycan qatarları Moskvaya buraxılmır

Yayım Tarixi: 20.02.2012 19:59
Azərbaycan
Yazı ölçüsü: büyüt küçült         

haber
300-ə yaxın dəmiryolçu işsiz qalıb

Azərbaycan qatarları köhnə olduğu üçün Moskvaya buraxılmır. 

Bakı-Moskva qatarının bələdçilərindən Qismət Əliyev «Azadlıq Radiosu»na bildirib ki, əslində günah Azərbaycan tərəfindədir. Deyir ötən il Rusiyada gəmi batandan sonra bu ölkənin baş naziri köhnə sərnişindaşıma nəqliyyatlarının ölkəyə buraxılmaması barədə tapşırıq vermişdi. İndi də həmin vaxt gəlib çatdı, ruslar dediklərini etdilər: «Bu, bizim dəmiryolu idarəsinin günahıdır. Vaqon parkı dəyişilməli idi. 25 ilin vaqonlarıdır hamısı. Halbuki, 20 ildən sonra vaqonlar əsaslı təmirə dayanmalıdırlar. 1991-ci ildən Azərbaycan vaqon almır. Qatarlar bərbad gündədir. Sərnişinlər də narahat gedirdi. Qışda soyuq, yayda isti olur o vaqonlar. Bilmirik bu Nəqliyyat Nazirliyi nə etmək istəyir? Bir tərəfdən taksilərin çörəyini kəsir, indi də bizim. Nə edək biz bu ölkədə? Bir milyon iş yeri açdıqlarını deyirlər. Birini göstərsinlər, gedim, orada işləyim».

Qismət Əliyev deyir ki, iki il əvvələdək Bakı-Tümen və Bakı-Rostov reysləri bu səbəbdən Azərbaycanın əlindən çıxıb. Bakı-Moskva reysi də alınandan sonra bircə Bakı-Sankt Peterburq reysi qalıb. O da deyilənə görə, 3-cü gün (fevralın 15-də) sonuncu dəfə yola düşüb. Qismət Əliyevin sözlərinə görə, belə getsə, Ukraynaya gedən qatarlar da eyni aqibətlə üzləşəcəklər.

Qeyd edək ki, Bakı-Moskva qatarı, həftənin 1-3-5-ci günləri yola düşür. Ötən çərşənbə günü artıq Azərbaycan qatarını bu reysdə Rusiya qatarı əvəz edib./Azadlıq radiosu/
islamazeri.az




  

Məlumatdan istifadə etdikdə istinad vacibdir!



Saytı hazırladı artiweb || IE 8+, Firefox 3.6+, Crome 10+, Macromedia Flash, 1024 x 768