Fevralın 20-nə keçən gecə erməni hakerləri Azərbaycanın bəzi saytlarına kiber hücum həyata keçirib
“Econews.az” portalının rəhbəri Cəsarət Hüseynzadənin yaydığı məlumata görə, bu saytda və hücuma məruz qalan digər resurslarda 2004-cü ildə Budapeştdə öldürülmüş erməni zabit Qurgen Markaryanın fotoları yerləşdirilib. Portal rəhbəri qeyd edib ki, haker hücumuna məruz qalan saytlar arasında “Azad Azərbaycan” Televiziyasının, elektron qəzetlərin, QHT-lərin, firmaların saytları var: “Bəzi saylara daxil olarkən “Budapest.sumgait.info” saytına birbaşa keçid edilir. Bu saytlara müdaxilələr olduğu bildirilir:
sulh.az
autolux.az
bakucctv.com
dayaq.org
rednews.az
sonxeber.az
cereselektrik.com
primetime.az
rotaract.az
hilalelektrik.az
atv.az
study-line.az
americanacademy.az
jalal-i.com
brf.az
extreme.az
arabesque.az
zirve.edu.az
econews.az.
Məlumata görə, “Econews.az”, dayaq.az portalı və bir neçə sayt resursları bərpa ediblər. \mediaforum\
islamazeri.az