Azərbaycanın Xarici İşlər Nazirliyi İranın notasını yalan və iftira adlandırıb
Azərbaycan İran XİN-in notasını bir müddət əvvəl rəsmi Bakının İran tərəfinə göndərdiyi notaya cavab kimi qiymətləndirib. Bu barədə Trend-ə Azərbaycan XİN-in rəsmi nümayəndəsi Elman Abdullayev bildirib.
"Notadakı məlumat həqiqətə uyğun deyil - bu bir növ böhtandır. Azərbaycan özü terrordan əziyyət çəkən ölkədir", - Abdullayev deyib.
Onun sözlərinə görə, Azərbaycan heç vaxt öz ərazilərindən terrorizmə vasitəçilik üçün istifadə olunmasına imkan verməyəcək.
islamazeri.az