اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً 
Bugün: 22.05.2012, 30 Cəmadiyül-axır 1433

Azərbaycanın görkəmli kino rejissoru Həsən Seyidbəylinin iki filmi bərpa olunub

Yayım Tarixi: 27.01.2012 11:34
Mədəniyyət
Yazı ölçüsü: büyüt küçült         

haber
Bərpa olunmuş filmlər yaxın vaxtlarda Az.TV vasitəsilə nümayiş olunacaq

Azərbaycanın görkəmli kino rejissoru, xalq artisti Həsən Seyidbəylinin iki filmi bərpa olunub.
Bərpa işləri Azərbaycan Dövlət Film Fondu və Rusiya Dövlət Film Fondu ilə birgə həyata keçirilib.
Azərbaycan Dövlət Film Fondunun mətbuat katibi Rəşad Qasımovun APA-ya verdiyi məlumata görə, filmlərdən biri Həsən Seyidbəylinin 1966-cı ildə çəkdiyi “Sən niyə susursan?” filmidir.
Filmin ssenari müəllifi və quruluşçu rejissoru Həsən Seyidbəyli, quruluşçu operatoru Rasim Ocaqov, bəstəkarı Tofiq Quliyevdir.
Baş rollarda Xəyal Axundzadə, Rəna Səlimova, Yusif Vəliyev, Fazil Salayev, Mirzə Babayev, Həsən Turabov, Amaliya Pənahova, Oleq Xabalov və başqaları çəkilib.

Həsən Seyidbəylinin bərpa olunmuş digər filmi “Bizim Cəbiş müəllim”dir.
Bu film 1969-cu ildə Maqsud İbrahimbəyovun povesti əsasında çəkilib.
Filmin quruluşçu operatoru Arif Nərimanbəyov, bəstəkarı Emin Sabitoğludur. Baş rollarda Süleyman Ələsgərov, Şəfiqə Məmmədova, Muxtar Manıyev, Səfurə İbrahimova, Nəsibə Zeynalova və başqaları İştirak edib.
Bərpa olunmuş filmlər yaxın vaxtlarda Az.TV vasitəsilə nümayiş olunacaq.
islamazeri.az




  

Məlumatdan istifadə etdikdə istinad vacibdir!



Saytı hazırladı artiweb || IE 8+, Firefox 3.6+, Crome 10+, Macromedia Flash, 1024 x 768