اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً 
Bugün: 22.05.2012, 30 Cəmadiyül-axır 1433

Azərbaycanın görkəmli xanəndəsi vəfat edib

Yayım Tarixi: 23.07.2011 16:30
Mədəniyyət
Yazı ölçüsü: büyüt küçült         

haber
Azərbaycanın görkəmli muğam ifaçısı, əməkdar artist, prezident təqaüdçüsü Sabir Mirzəyev iyulun 23-də 68 yaşında vəfat edib.

APA-nın məlumatına görə, görkəmli sənətkar İranda müalicə olunduğu xəstəxanada dünyasını dəyişib. Mərhum ürək-damar xəstəliyindən əziyyət çəkirmiş.Sabir Mirzəyev 1943-cü ildə anadan olub. 1960-cı ildən əmək fəaliyyətinə başlayıb. Azərbaycan Dövlət Filarmoniyasında, “Azərkonsert” Birliyində, Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində calışıb. Onun ifasında “Çahargah” və “Rast” muğamları, “Qarabağın maralı”, “Şuşanın dağları”, “Nazlana-nazlana”, “Gülə-gülə”, “Aşıqəm” xalq mahnıları qızıl fondda saxlanılır.Azərbaycan muğam sənətində göstərdiyi xidmətlərinə Sabir Mirzəyev 2007-ci ildə Azərbaycanın “Əməkdar artist” fəxri adına layiq görülüb.
islamazeri.az




  

Məlumatdan istifadə etdikdə istinad vacibdir!



Saytı hazırladı artiweb || IE 8+, Firefox 3.6+, Crome 10+, Macromedia Flash, 1024 x 768