اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً 
Bugün: 22.05.2012, 30 Cəmadiyül-axır 1433

Azərbaycan-İsrail: "Qeyri-adi, amma lazımlı müttəfiqlər"

Yayım Tarixi: 23.01.2012 22:34
Təhlil
Yazı ölçüsü: büyüt küçült         

haber
İsrail deyir ki, Azərbaycanın nə dediyi yox, nə etdiyi önəmlidir

İsrail-Azərbaycan münasibətləri haqqında yazı dərc etdirən “The Economist “ jurnalı yazır ki, İsrail həmişə olduğu kimi, öz regional periferiyasında qeyri-ərəblərlə dostluq axtarır.

"Bu, haqqda danışılması cəsarət tələb edən məhəbbət kimidir. Azərbaycan 1991-ci ildə müstəqillik qazananadan bəri, yəhudi dövləti və Şiə Müsəlman ölkə arasında münasibətlər böyüyüb və çiçəklənib" - "Qeyri-adi, amma lazımlı müttəfiqlər" adlı yazıda deyilir. "Onların hər ikisi İrandan qorxur, hər ikisində digərinin istədiyi şeylər mövcuddur". "WikiLeaks xəbər sızdırma saytının dərc etdirdiyi 2009-cu ilə aid Amerika diplomatik sənədlərində Azərbaycan prezidenti İlham Əliyevə istinadən deyilir ki, iki ölkə arasında münasibətlər aysberq kimidir: onda doqquzu görünməyən tərəfdir" - The Economist yazır.

"Məlum olan odur ki, İsrail neft idxalının üçdə birini Azərbaycandan - Türkiyənin Ceyhan limanına qədər uzanan boru kəməri vasitəsilə alır. Ceyhandan sonra neft İsrailə daşınır. Azərbaycan şirkəti isə İsrailin cənubundakı Aşkelon limanı yaxınlığındakı sularda qazma işləri aparmağa ümid edir. Azərbaycan BMT Təhlükəsizlik Şurasının üzvüdür, iş İsraillə bağlı qətnamələrə gələndə Ərəb və Müsəlman ölkələrinin xeyrinə səs verir. İsraillilər isə deyir ki, onlar Azərbaycanın nə dediyinə yox, nə etdiyinə daha çox önəm verirlər". The Economist, son on ildə Azərbaycan və İsrail arasında ticarətin sürətlə inkişaf etdiyini yazır: "2008-ci ildə Azərbaycanın İsrailə ixracatı (əsasən neft) rəsmi rəqəmlərə görə, 3.6 milyard dollara bərabər olub, 2009-cu ildə bu rəqəm 1.2 milyard dollar, 2010-cu ildə isə 1.7 milyard dollar təşkil edib".

Jurnal qeyd edir ki, Azərbaycanın ən böyük mobil telefon provayderi İsrail şirkətilə birgə müəssisədir. İndi israillilər daha böyük rəqəmlərdə, hətta müdafiə sənayesinə sərmayə yatırılar. Mart ayında israillilər və azərbaycanlılar yaratdıqları birgə müəssisədə pilotsuz təyyarə istehsal etməyə başlayıblar. "Azərbaycan liderləri, əhalisinin dörddə biri etnik azərbaycanlı olan İrandan gələn islamçı təsirdən qorxurlar. İranda Ayətullalar isə sekulyar Azərbaycanın təsirindən ehtiyat edir. İran cənab Əliyevi İsraillə münasibətlərinə görə məzəmmət edib. Azərbaycanlı rəsmilər İsrailin Azərbaycan silahlı qüvvələrinə təlimlər keçməsinə dair məlumatları müzakirə etməyə könülsüzdür. Azərbaycanla yaxın münasibətləri olan Türkiyə də cənab Əliyevin İsraillə mehribanlığına qəzəblənir. Amma Türkiyənin Bakıdakı elçisi Azərbaycan hökumətini Türkiyə yolunu tutaraq İsraillə münasibətləri pozmağa çağıranda nəzakətli rədd cavabı aldı". \BBC\
islamazeri.az




  

Məlumatdan istifadə etdikdə istinad vacibdir!



Şərh et yorum

ŞƏRHLƏR

Polad
12.03.2012 17:34
İran Ermenistanin Can Qardasi
IRAN HEMISHE NARAHATDIR KI CENUB VE SHIMALI AZERBAYCAN BIRLESHER.ODUR KI ERMENISTANI BESLEYIR>IRAN OLMASAYDI ERMENISTAN CHOXDAN CHOKMUSHDU>DUSHMENI YTANIMAQ LAZIMDIR>BIR SHUARI UNUTMA>>>RUS
Xagani Kazaxstannan
06.02.2012 20:23
Guney Guzey Yazan--bil-
torpagi atma ortaya olar coxdansatilib seninkimi nadanlarin elinen galdiki mollalara birinci oyren mollanin menasin sora agzuwa geleni danish iran hemishe azerbaycani destekleyib azerbaycan ozu gacir irannan halhazirda cenub bolgeleri iranin erzagi we geyimi ile yashayirlar toxun acdan xeberi war?seher durub ikra-tort yeyirsen camaatin coxunun bugunnen sabaha vmvdi yoxdi ALLAH MUHAMMAD YA ALI deyib ruzi daliyca gedirler ALLAH REHMAN WE REHIMDIR oxuyub dushun patriot
Tamerlan Alizade
29.01.2012 20:46
Huseyn Ashqi
SELAMUN ELEYKUM QARDAS VE BACILAR IRAN HEÇ VAXT MEGLUB OLMAYACAQ.QURANDA AYEMIZ VAR.INSANLAR IKI DESTEDIR IRAN ALLAHIN DESTESIDIR,AMERKA VEISRAIL ISE SEYTAN DESTESIDIRLER.HEMDE IRANIN REHBERI XAMNEIDIR XAMNEININ REHBERI ISE IMAM ZAMANDIR.VE BIZLERE IRANI PIS TEBLIG EDIBLER.
Azer
24.01.2012 13:16
Guney Ve Quzey Yazan Qardasım!
MEN SENIN YAZDIGLARINAN TAMEMEN RAZIYAM HER SEYI DOGRU YAZMISAN!YASASIN GUNEY VE QUZEY AZERBAYCAN!O KI QALDI BASQA SERHLERE ONU DEMEK ISTEYIREMKI BURDA HEC KIM DEMEYIR ISRAIL VE YAXUD AMERIKA CINAYET TORETMEYIB HER IKISI NE QEDER DESEN CINAYET ELAYIB!FARID BEY TARIXDE TEK ERMENISTAN YAZILMAYIB GED YAXSI OXU GOR GUNEYNEN QUZEYI NECA AYIRIBLAR VE GOR KIMDIR SENIN DUSMENLERIN!
Farid
24.01.2012 03:28
Gunesh Ve Quzey Azerbaycan - Qardash Oxu
gel sene 1 elementar sual verim ... beli seninle ve tarixle raziyam bizim dushmen ermenidir. bes, yaxshi ermenini yedirden, pulnan temin eden kimdir ? hele men bildiyim nese suya gore dunya banki 21 mln - luq proekte 18 milyon ayirdi ermeniler ucun. indi ise suala cavab: dunya banki kimindir? dunyada pul, kimin elindedir? - Yehudi (cuhud) demeli bizim dushmeni toxdadib ustumuze kiskirdan ele israilinin ozu imish. tarixi qashi gor ermeni xeritede hardan hara gelib ve kasib itin kokunde olan.
İlkin Huseyni
24.01.2012 01:44
İslami İran Və Qatil İsrail
İSLAMİ İRANA BÖHTANLAR ATMAQ ASANDI.GÖRƏSƏN BƏZİLƏRİ NİYƏ QATİL İSRAİLİN CİNAYƏTLƏRİN GÖRMƏMƏZLİKDƏN GƏLİR?İSRAİL QƏZZADA ETDİYİ QƏTLİAMLAR QARABAĞDA OLMUŞDU.İSLAMİ İRAN İSƏ İNDİYƏ KİMİ HANSISA ÖLKƏDƏ CİNAYƏT TÖRƏTMƏYİB ƏKSİNƏ HƏMİŞƏ OLUNAN CİNAYƏTLƏRİ PİSLƏYİB
Guney Azerbaycan Ve Quzey Azerbaycan!!
24.01.2012 00:06
Yalancı Iran Seytan Olkesı!!
DEMEK ISTEYIREMKI HAL HAZIRDA AZERBAYCANIN DUSMENI ISRAIL DEYIL ISRAIL BIZIM TORPAQLARI ISGAL ELEMEYIB!BIZIM TORPAQLARI ERMENILER ISGAL ELAYIB VE ERMENILERINDE EN YAXIN DOSTU VE QARDASLARI KIM IRAN SEYTAN REJIMI!IRANIN FIRILDAGCI MOLLALAR BIZE GELIB ALLAH EVLERINDE DINEN DERS VERINCE GEDIB ERMENILERIN QARABAGDA ALLAH EVINDE DONUZ SAXLAMASINI DURDURSUNLAR!O KI QALDI ISRAILE ONUNDA MEHV OLMASINA COX QALMAYIB!ANCAQ IRAN ONAN ONCE VIRAN OLACAQ!IRANIN VIRAN OLACAGINA KIMSE INANMAYIRSA GELSIN GORSUN!!
Şərh et yorum

 

Saytı hazırladı artiweb || IE 8+, Firefox 3.6+, Crome 10+, Macromedia Flash, 1024 x 768