Hesabat dövründə qeydiyyata alınan müəssisələrin 60%-dən çoxu Bakının payına düşüb.
Dövlət Statistika Komitəsindən İslamazeri.az İnternet Qəzetinə verilən məlumatda bildirilib ki, 2011-ci ildə Azərbaycanda 57 576 fiziki, 5 137 hüquqi şəxs qeydiyyatdan keçib.
Hesabat dövründə qeydiyyata alınan müəssisələrin 60%-dən çoxu Bakının payına düşüb.
Məlumatda keçən il hüquqi və fiziki şəxslərin sayının artmaqda davam etdiyi və il ərzində qeydiyyata alınmış 5 137 hüquqi şəxsin 268-nin dövlət mülkiyyətinə, 5-i bələdiyyə mülkiyyətinə, 4 298-i xüsusi mülkiyyətə mənsub olduğu bildirilir.
Onların 440-ı tam xarici investisiyalı, 126-sı isə birgə müəssisələrə aiddir.Yeni müəssisələrin 61,5 faizi Bakıda, 10,3 faizi Aran, 7,6 faizi Abşeron, 5,3 faizi Gəncə-Qazax iqtisadi rayonlarında, qalanları isə digər bölgələrdə yaradılmışdır.
Azərbaycan Respublikasının vergi orqanlarının məlumatlarına əsasən, keçən il ərzində 57 576 fiziki şəxs qeydiyyatdan keçmişdir.
Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər daha çox Bakıda, Aran, Gəncə-Qazax, Lənkəran, Abşeron və Şəki-Zaqatala iqtisadi rayonlarında qeydiyyata alınmışdır.
islamazeri.az