İstehsal tarixi açıqlanıb
İslamazeri.az-ın BBM-ə istinadən verdiyi xəbərə görə, hazırda Sumqayıtda tikilməkdə olan günəş panellərinin istehsalı zavodu cari ilin fevralında istifadəyə veriləcək.
Bu barədə Alternativ və Bərpa edilən Enerji Mənbələri Dövlət Agentliyinin rəhbərinin müavini Cəmil Məlikov bildirib.
Hazırda yeni zavodun və quraşdırılmış avadanlığın testləşdirilməsi üzrə işlər aparılır, həmçinin paralel olaraq işçi heyətinin öyrədilməsi aparılır.
Zavodun tikintisi özəl sektor tərəfindən maliyyələşdirilir. Tikinti şirkəti Azgüntex-dir.
islamazeri.az