Bakıda Zığ qəsəbəsindəki yanalma körpüsündə gəmi partlayıb
SalamNews-un hadisə yerində olan müxbiri xəbər verir ki, partlayış nəticəsində güclü yanğın əmələ gəlib. Şahidlərin sözlərinə görə, partlayış nəticəsində gəmidə olan 4 nəfər dünyasını dəyişib. Hazırda hadisə yerinə Fövqəlada Hallar Nazirliyinin xilasediciləri və təcilii tibbi yardım maşınları gəlib.Azərbaycan Dövlət Dəniz Administrasiyası faktı təsdiqləyib. İlkin ehtimala görə, partlayış qaynaq işlərinin aparılması üçün istifadə olunan qaz balonlarından sızma nəticəsində baş verib.
Fövqəlada Hallar Nazirliyi (FHN) Bakıda Zığ limanında gəmidə baş vermiş partlayışla bağlı məlumat yayıb. İslamazeri.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, Xətai rayonunda Zığ limanında balıqçı gəmisində partlayış baş verib. İlkin məlumata görə, təmir işləri zamanı yaranmış partlayış yanğınla nəticələnib. Alovun qarşısı saat 14:10-da yanğınsöndürənlər tərəfindən alınıb. Hadisə yerinin kəşfiyyatı zamanı şəxsiyyəti məlum olmayan 4 nəfərin cəsədi aşkarlanıb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.