İstehlak mallarının qiymətləri və xidmət tarifləri yanvarda 0,1 faiz bahalaşıb
İstehlak mallarının qiymətləri və xidmət tarifləri yanvar ayında 2011-ci ilin dekabr ayı ilə müqayisədə 0,1 faiz bahalaşıb.
Dövlət Statistika Komitəsindənİslamazeri.az İnternet Qəzetinə verilən məlumata görə, ərzaq məhsullarının qiymətləri 0,1 faiz bahalaşıb, qeyri-ərzaq mallarının qiymətləri və xidmət tarifləri dekabr ayının səviyyəsində qalıb.2011-ci ilin yanvarına nisbətən istehlak mallarının qiymətləri və xidmət tarifləri 4,8 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 5,7 faiz, qeyri-ərzaq mallarının qiymətləri 1,3 faiz, xidmət tarifləri 5,5 faiz bahalaşıb.
Yanvar ayında ərzaq məhsullarından makaronun, vermişelin, toyuq budunun, pendirin, yumurtanın, dondurulmuş balığın, kələmin və s. qiymətləri ucuzlaşıb.Qeyri-ərzaq mallarından qadın üçün dəridən plaş və gödəkcənin, uzunqol köynəyin, nitro boyaların, kərpicin, sementin və s. qiymətləri ucuzlaşıb.
islamazeri.az