“Fevralın 17-dən başlayaraq Azərbaycanda bir sıra şəhərlərdə dindarlara qarşı həbslər reallaşmışdır”
“Əldə etdiyimiz məlumatlara görə Azərbaycanın Şimalından Cənubuna, Qərbindən Şərqinə bir çox tanınmış İslam alimi, ilahiyyatçı, jurnalist, siyasi partiya mənsubları həbsə atılmışdır. Polis tərəfindən həbs olunanlar daha sonra Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinə verilmişdir.
Bəzi məhbuslardan hələ də xəbər yoxdur. Milli Mənəvi Dəyərlər İctimai Birliyinin sədri Mehdi Məmmədov polis bölməsində ifadəsi alındıqdan sonra bölmədən çıxardılaraq özlərini Milli Təhlükəsizlik Nazirliyinin işçiləri kimi təqdim edən bir neçə adam tərəfindən naməlum istiqamətə aparılmışdır. Mehdi Məmmədovun vəkili və yaxınlarının bütün səylərinə baxmayaraq ondan xəbər alına bilməmişdir.
Cəlilabad şəhərinin ruhanisi İlqar Eyyuboğlu, Bakıdan İslam alimi Hacı İlham Əliyev, Gəncədən ruhani Asəf Əliyev və bir çox dindarın polis tərəfindən həbs olunduğu gələn məlumatlar arasındadır.
Ən son xəbərlərə görə 100 nəfərdən çox insan həbs olunmuşdur. Azərbaycanda həbs olunanlar arasında İranın Səhər televiziya kanalının Bakı müxbiri Anar Bayramlının da olduğu gələn məlumatlar arasındadır.
Həbs olunan din adamları, ya qeyri-qanuni silah ya da narkotik maddə saxlama iddiaları ilə saxlanılmaqdadır.
Bilindiyimiz kimi, ötən il Azərbaycanda hicab qadağasına etirazdan ötəri başda Azərbaycan İslam Partiyasının sədri Möhsün Səmədov olmaqla 30-dan çox insan həbs olunaraq təcridxanaya atılmışdır.
MAZLUMDER olaraq, Azərbaycan hökumətindən ifadə azadlığı, qanuni siyasi partiya işləri, inanc azadlığı vs. mövzularda tətbiq etdiyi təzyiqçi və qadağaçı tətbiqlərindən imtina etməsini istəyirik. Azərbaycan hökumətinin aldırdığı məhkəmə qərarları ilə konstitusional haqq və azadlıqları məhdudlaşdırmasını son dərəcə narahat doğuran bir hal olaraq görürük.
İnanc azadlığı sahəsində hələ də aydın olmayan səbəblərlə tətbiq olunan hicab qadağası problemi təcili olaraq həll edilməli, konstitusional haqlar, din və vicdanı azadlıqları məhdudlaşdıran qanunlar beynəlxalq normalara uyğun hala gətirilməlidir.
Hər cür təşkilatlanma, mətbuat və ifadə azadlığı qarşısındakı maneələr qaldırılmalı, dini mərasimlərə istiqamətli maneələr aradan qaldırılmalıdır.
Məhkəmələrdə və bürokratiyada davam edən rüşvət alma kimi halların üzərinə gedilərək ədalətli mühakimə olunmanın qarşısı alınmalı, təhlükəsizlik güclərinin nisbətsiz güc istifadəsindən qaynaqlanan pozuntuların qabağına keçilərək, haqsız həbslərə son verilməlidir.”
”MAZLUMDER”in sədr müavini Rəcəb QARAGÖZ
islamazeri.az