اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً 
Bugün: 22.05.2012, 30 Cəmadiyül-axır 1433

Azərbaycanda korrupsiya ilə bağlı "qərarların icrasında axsama var”

Yayım Tarixi: 02.12.2011 14:35
Araşdırma
Yazı ölçüsü: büyüt küçült         

haber
“Korrupsiya indeksinin yaxşılığa doğru dəyişmək üçün kifayət qədər işlər görülməlidir”

Transparency International təşkilatının 2011-ci il üçün təqdim etdiyi Korrupsiya Qavrama İndeksinə (KQİ) görə Azərbaycanın vəziyyəti keçən ildən fərqlənməyib. KQİ yenə də 2.4-dür. Hazırda 183 ölkə arasında 143-cü sırada olan ölkə, keçən il 178 ölkə arasında 134-cü yerdə idi. Yerlərin dəyişməsi ölkələrin sayının artması və ölkələrdə vəziyyətin dəyişməsi ilə bağlıdır.

Qurumun milli bölməsinin media və ictimaiyyətlə əlaqələr mütəxəssisi Kənan Qasımov bildirib ki, Azərbaycanın vəziyyəti yenə də “yaxşı” deyil, ölkə siyahısında geriləsə də, indeks əsas götürülməlidir. “Korrupsiya indeksinin yaxşılığa doğru dəyişmək üçün kifayət qədər işlər görülməlidir”, Qasımov belə düşünür.

indeks 0 (korrupsiyalarmış) -10 (çox yaxşı) ballıq sistemi ilə hesablanır. Özündə 2009-cu ilin dekabrından 2010-cu ilin dekabrına kimi zamanı ehtiva edən hesabatda 2011-ci il nəzərə alınmayıb. Qasımov deyir ki, hesabatın bir il yubatma ilə çap edilməsinin səbəbi qurumun yüzdən çox ölkəni nəzərdən keçirməsi və işinin çox olması ilə əlaqədardır.
Təşkilat 2011-ci il üçün hökumətin gördüyü işləri korrupsiyaya qarşı mübarizədə ümidverici sayır. Media mütəxəssisi deyir ki, yuxarı səviyyədə, yəni qanunvericilikdə dəyişikliklər edilməsi, fərmanlar, sərəncamlar və bəyanatlar verilməsi yaxşı nəticələrə gətirib çıxara bilər, lakin qərarların icrasında axsama var.

Transparency International Azərbaycanda korrupsiyaya qarşı mübarizə məqsədilə atılan addımlara “Elektron Azərbaycan” və “elektron xidmətlər” barədə qərarları, baş prokurorluğunun korrupsiyaya qarşı mübarizə idarəsinin qaynar xətti, sahibkarlarla işləyən dövlət qurumlarında biznes fəaliyyətinin həyata keçirilməsi qaydalarının sadələşdirilməsi və bəzi sənədlərin ixtisarı və s. aid edib.

Təşkilat hökuməti korrupsiya faktı ilə bağlı şikayət etmək istəyən şəxslərin təhlükəsizliyini təmin etməyə də çağırıb. Bundan başqa, ölkədə büdcə vəsaitlərinin xərclənməsi, dövlət satınalmalarının həyata keçirilməsi zamanı şəffaflığın təmini, istehlakçı və mülkiyyət hüquqlarının qorunması və məhkəmələrlə bağlı problemlərin olduğu da diqqətə gətirilib. Qurum “əsas məqsədin vətəndaşların bu dəyişiklikləri gündəlik həyatlarında hiss etmələrini” istəyir.

Azərbaycanla bağlı məlumat hazırlanarkən altı müxtəlif təşkilatın hazırladığı yeddi fərqli mənbədən istifadə edilib. 2000-ci ildə ölkənin balı son 10 illiyə görə ən pis vəziyyətdə olub: 1.5.

KQİ-nin hazırlanmasında beynəlxalq təşkilatlar tərəfindən sorğularına və korrupsiya ilə əlaqəli mütəxəssis və biznes araşdırmalarının nəticələrinə istinad edilir. Müxtəlif dövlət təşkilatları, beynəlxalq fondlar və kooperasiyalar İndeksin maliyyələşməsinə kömək edir.\BBC\
islamazeri.az




  

Məlumatdan istifadə etdikdə istinad vacibdir!



Saytı hazırladı artiweb || IE 8+, Firefox 3.6+, Crome 10+, Macromedia Flash, 1024 x 768