Bu gün Xaçmaz rayonun Qaracəli kənd məscidində yanğın baş verib
APA-nın şimal bürosunun məlumatına görə, yanğının söndürülməsinə Xaçmaz Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını cəlb olunub.
Yanğın nəticəsində 50 kvadratmetrlik məscidin 40 kvadratmetrlik hissəsi yanıb. Yanğının odun sobasından ətrafa yayılan alovdan baş verdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.
islamazeri.az