ATGTİ “Somaliyə yardım kampaniyası”na start verir
Somalidə yaranmış humanitar problemin həlli üçün bir çox beynəlxalq təşkilatlar və müxtəlif ökələrin dövlət strukturları birgə fəaliyyət göstərirlər. Öz növbəsində bu problemin həllində Azərbaycan hökuməti də bir sıra tədbirlər həyata keçirdib.
Somalidəki zərərçəkənlərə dəstək məqsədi ilə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) “Somaliyə yardım kampaniyası”na start verir.
ATGTİ-nin mətbuat xidmətindən İslamazeri.az-a verilən məlumata görə, bütün Azərbaycanı əhatə edəcək və oktyabrın sonuna qədər davam edəcək bu kampaniya “Bir manat – Bir həyat” şüarı altında həyata keçirilir.
Oktyabrın 10-da isə ATGTİ-nin qərargahında kampaniyanın rəsmi açılış mərasimi keçiriləcək. Mərasimdə ATGTİ-nin sədri Şahin İsmayilov, kampaniyanın partnyoru olan “Başak-İnam Sığorta Şirkəti”nin rəsmisi iştirak edəcəklər. Mərasimdə “Somaliyə yardım kampaniyası” haqda ətraflı məlumat veriləcək, kampaniya çərçivəsində görüləcək işlər müzakirə olunacaq.
islamazeri.az