İrandan gələn qaz isə azalıb
Azərbaycandan Türkiyəyə gələn təbii qaz texniki problemlər səbəbilə kəsilib. İrandan gələn təbii qazın isə həcmi azalıb.
İslamazeri.az-ın TRT-yə istinadən verdiyi xəbərə görə, iki ölkədə də kompressor stansiyalarında texniki problem yaranıb.
Enerji və Təbii Sərvətlər Nazirliyi rəsmiləri təbii qazdan elektrik istehsal edən termik stansiyaların ikinci yanacaqdan istifadəyə keçdiklərini, evlərə və sənaye müəssisələrinə qaz verilməsində isə problem olmadığını bildiriblər.
islamazeri.az