Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında yeni filmin çəkilişlərinə başlanılmışdır.
Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında yeni filmin çəkilişlərinə başlanılmışdır.
Kinostudiyadan AzərTAc-a bildirmişlər ki, yeni film poetik dram janrındadır.
Köhnə və yeni dünya arasında olan münaqişələr çəkilişlərinə iyulun 5-dən başlanılmış filmin əsas mövzusudur. Filmdə iki gəncin romantik münasibətindən bəhs edilir.
Filmin ssenari müəllifi Vidadi Həsənov, quruluşçu operatoru Rafiq Quliyev, bəstəkarı isə Rauf Əliyevdir.
Yeni ekran əsərində baş rolları Bəhruz Vaqifoğlu, gürcü aktrisası Salome Demuria, Vidadi Həsənov, Çölçünün uşaqlığını isə Cavidan Məmmədov və başqaları canlandırırlar.
islamazeri.az