اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً 
Bugün: 22.05.2012, 30 Cəmadiyül-axır 1433

Azyaşlı Zöhraba yardım edək (Foto)

Yayım Tarixi: 15.11.2011 16:54
Mərhəmət
Yazı ölçüsü: büyüt küçült         

haber
İslamazeri.az-ın Mərhəmət bölməsinə yeni müraciət daxil olub.

Müraciəti təqdim edirik:

"Salam. Mən Rüstəmova Rəhilə bildirirəm ki, oğlum Rüstəmov Zöhrab 09 Dekabr 1996-cı ildə anadan olub. Dünyaya gələn gündən bu günə kimi Azərbaycanda müalicələr alıb lakin heç bir köməyi olmayıb. Yanvar ayında 1 otaqlı mənzilimizi İran Banka girov qoyub, pul götürüb usağı apardıq İstanbula orda dedilər təcili əməliyyat olunmalidir. Onurğası S-vari şəkildə əyridir, oturub-dura bilmir. 15000 Avro pul istədilər. Dedilər ola bilsin 2-ci əməliyyat da olsun. Əgər sinir onurğaya bitişikdirsə birinci əməliyyat siniri aralamaqdır, sonra onurğanı platinə düzməkdir. Mən işləmirəm uşağa baxıram, yoldaşımda gücnən bankın pulunu odəyir. Allahdan övladımın sağalmasını arzu edirəm. Çox çətin və ağır vəziyyətdə yaşayırıq. Şəraitsiz və bir otaqlı evdə yaşayırıq. Bununla onu demək istəyirəm ki, heç olmazsa normal evim olsaydı satıb uşağımı sağaltdırardım. Öz xalqımdan imkan daxilində oğlumun sağalması üçün, kömək etmələrini xahiş edirəm. İnanıram ki, göydə Allahın yerdə isə sizin köməyiniz sayəsində övladım sağalacaq, İnşallah. Allah heç bir valideynə bala dərdi çəkdirməsin. Oğlum Zöhrab artıq ağrılara dözə bilmir. Otura bilmir. Ayaq üstündə namaz qılıb Allaha dua edən balama yardım edin Allah eşqinə.
Əvvəlcədən öz ailəm adından hər kəsə dərin təşəkkür edirəm. Allah sizə yar olsun."

Rüstəmov Zöhrabın ailəsi ilə əlaqə yaratmaq istəyənlər bu nömrəyə zəng edə bilərlər: (050) 590 36 61

Artıq 5000 min manat toplanıb. 
islamazeri.az




Foto




  

Məlumatdan istifadə etdikdə istinad vacibdir!



Şərh et yorum

ŞƏRHLƏR

Shelale
15.11.2011 17:12

ALLAHdan wefa dileyirem...
Şərh et yorum

 

Saytı hazırladı artiweb || IE 8+, Firefox 3.6+, Crome 10+, Macromedia Flash, 1024 x 768