Böyrəyinizin sağlamlığı üçün bir neçə faydalı məsləhət
Bildiyiniz kimi böyrək bədənin mühüm orqanlarından biridir.
Böyrəyin zəifləməsi orqanizmin zəifləməsinə və başqa orqanların fəaliyyətinin pisləşməsinə gətirib çıxarır.
İlk növbədə böyrəyin xəstələnməsinin və ya zəifləməsinin qarşısını almaq üçün bədən müntəzəm olaraq, lazımi miqdarda maye qəbul etməlidir. Maye işlətmək böyrəyin funksiyasını tənzimləyir.
Əsəbi, narahatlıq, həyəcanlanmaq, qorxu, təşviş və nigarançılıq qan təzyiqini pozur, bu da böyrəklərin fəaliyyətinə mənfi təsir göstərir.
Böyrək narahatlığı hiss edənlər çox yağlı yeməklərdən, duz, yumurta, ədviyyə və sirkə işlətməkdən çəkinməlidirlər.
Gavalı böyrəyin işini asanlaşdırır, xurma böyrək yollarını təmizləyir. Turp yemək böyrək ağrılarını azaldır. Qara turp yemək böyrəkdə olan zəhərli maddələri və zəhərləri dəf edir.
Böyrək sancması zamanı almanı doğrayıb 0,5 litr qaynar suya töküb və 2 saat dəmləyin. Sonra ona bir qədər şəkər qatıb gündə bundan bir neçə dəfə istifadə edin.
Böyrəyi xəstə olarsa, adətən çoxlu mədən suları, üzüm və qarpız işlədilir.
Tənək çubuğunu qaynadıb suyunu ilıq halda içmək böyrək və su yolu ağrılarını sakitləşdirir.
Şirin badam yağı yemək böyrək ağrısını kəsir, soyuqdan olan böyrək ağrısı üçün turunc yağı yemək və ya sürtmək yaxşı təsir göstərir.
Böyrəyin böyüməsi və şişi zamanı, əməköməci yarpağını gül yağında qaynadıb böyrək və su yolu nahiyəsinə qoymaq, çəpiş, qırqovul, fərə əti yemək faydalıdır.
Böyrəklərdə qum və ya daş olarsa çoxlu portağal şirəsi içmək məsləhətdir.
Yarpız, şüyüd, razyana, xiyar, mərəçüyüd, zirə böyrək daşının parçalanmasına kömək edir.
Səhərlər ac qarına kök, üzüm şirəsi içmək böyrək daşının müalicəsi üçün faydalıdır.
Belə xəstəliyi olanların zeytun yağı, pərpərən, kərəviz, yemiş yeməyi məsləhətdir, ispanaq isə zərərdir.
Sağlamlığınızın qədrini vaxtında bilin ki, sonradan əziyyətlərlə qarşılaşmayasınız.
islamazeri.az