اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً 
Bugün: 22.05.2012, 30 Cəmadiyül-axır 1433

Bəşəriyyətə qarşı cinayət - ABŞ-ın tibbi ekspermentləri

Yayım Tarixi: 14.02.2012 20:39
Elm
Yazı ölçüsü: büyüt küçült         

haber
İş heç bir elmi məna kəsb etməyib

Hərtərəfli sorğu nəticəsində 1940-cı illərdə Qvatemalada amerikalı alimlər tərəfindən keçirilən qeyri-etik eksperiment praktiki olaraq heç bir bəraət qazanmadı. Bioetika üzrə prezident komissiyası da belə bir nəticəyə gəldi ki, iş heç bir elmi məna kəsb etməyib.

1946-1948-ci illərdə ABŞ səhiyyə xidmətindən Con Katler bilərəkdən yüzlərlə qvatemalalı əsgər, məhbus və ruhi xəstələri dəri-zöhrəvi xəstəliklərə yoluxdurmuşdu. Bu fakt Uelsi kollecindən olan tarixçi-alim Syuzen Reverbi sayəsində ilk dəfə keçən ilin oktyabrında ictimaiyyətə bildirildi. Eksperiment sifilisdən əziyyət çəkən afroamerikalıları müalicə etmədən kənardan müşahidə edilən dövrlərdə Taskeqidəki (Alabama ştatı) bir neçə il davam edən tədqiqatlar üçün uyğun gəlirdi. Yeri gəlmişkən, 2003-cü ildə oradaca ölən cənab Katler də kənarda qalmadı.

başda Pensilvaniya Universitetindən Emi Qutman olmaqla komissiya 125 mindən çox arxiv sənədini təhlil etdilər.

Bir tərəfdən komissiya heyəti belə qərara gəldi ki, şərait tədqiqatçıları o cür qəddar addımlar atmağa vadar edirdi. İş orasındadır ki, dəri-zöhrəvi İDM-dən evə qayıdan veteranlar arasında kütləvi yayılmışdı. Buna görə də doktor Katler pensilinin kömək edib-etməyəciyini qısa zaman ərzində öyrənmək üçün bu addımları atıbmış. O və onun əməkdaşları vətəndaşların icazələri olmadan 5 mindən çox qvatemalalıdan qan analizi, onurğabeyin analizi və bir neçə başqa maye analizləri alıblar. Bundan sonra iynə və fahişələrlə əlaqənin nəticəsi olaraq 1300-dən çox adam sifilisə, süzənəyə və yüngül şankra yoluxmuşdu. 

Digər tərəfdən isə ekspertlər qərara gəldilər ki, qvatemala layihəsi hətta o dövrdə olsa belə, etik normaları pozmuşdu. Onu həmin tədqiqatçıların daha bir neçə il öncə İndiana ştatındakı həbsxanada keçirdikləri eksperimentlə müqayisə etdilər. Orda da məhbusları süzənəyə yoluxdurmuşdular, lakin məhbuslardan öncədən məlumatlandırılmış şəkildə icazə alınmışdı. Həmçinin 1947-ci ildə “Amerika Tibb Assosiyasiyası Jurnalı” pasientlərin razılığını tələb edən Nyunberq kodeksini dərc etmişdi (bu nasistlərin eksperimentlərinə elmi birliyin reaksiyası idi).

 Komissiya bir sıra şokedici hadisələri aşkara çıxardı. Məsələn: Katler süzənək irinini psixiatriyada sifilisdən ölən qadının gözünə, sidik kanalına və düz bağırsağına yerləşdirmişdi. Sonra o yenə də eynilə həmin sifilisə yoluxdurmuşdu. Bir neçə gündən sonra xəstənin gözləri irinlə dolmuşdu, idrar yolunda isə qanaxma başlamışdı. Xəstə 6 aydan sonra vəfat edi.

Komissiyanın Virciniya Universitetindən olan nümayəndəsi Con Arras qeyd edir: "O dövrün tibb etikasının standartlarındakı boşluqların geniş olmasına baxmayaraq, yenə də belə şeylərdən istifadə etmək olmaz. "

Metodologiya isə eksperimentin məntiqsiz müddəti və pis protokollaşma ilə bağlı suallar meydana çıxardı. Demək olar ki, heçnə dərc olunmayıb. “Bu sadəcə pis elmdir.” – Uolter Rid adına Hərbi Universitetdən Nelson Maykl vurğulayır. Komissiya bu məsələdə doktor Katlerin təcrübəsizliyini və onun elmi rəhbəri olan və eksperimentin üstüörtülü qalmasını təmin edən Con Malonini günahlandırır.

Bu gün belə şeylər demək olar ki, mümkün deyil, amma tibb etikasında hər şey elə də hamar deyil. Komissiya hələ də ABŞ və xarici ölkələrdə davam edən eksperimentlərin tədqiqat obyektlərinin müdafiəsi üçün etik standartlara uyğun olmasını araşdırır. İnsanlar cəlb olunan bütün eksperimentlər (yalnız yeni preparatların yoxlanışı deyil) hesabatın dəqiqliyi və zədə baş verərsə, kompensasiya ödənişini yaxşılaşdırmaq üçün dövlət bazalarında qeydiyyatdan keçməlidirlər.
islamazeri.az




  

Məlumatdan istifadə etdikdə istinad vacibdir!



Saytı hazırladı artiweb || IE 8+, Firefox 3.6+, Crome 10+, Macromedia Flash, 1024 x 768