Fakta görə Bərdə Rayon Polis Şöbəsində Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır
Fevralın 8-də saat 20 radələrində Bərdə rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib.
Rayon Polis Şöbəsindən verilən məlumata görə, Tovuz rayon sakini 1977-ci il təvəllüdlü Məmmədov Şükür Rəşid oğlunun idarə etdiyi “VAZ 2107” markalı, 10-NV-287 dövlət qeydiyyat nişanlı avtomobil Mustafaağalı kəndi ərazisində idarəetmədən çıxıb və yolun sağ hissəsində olan elektrik dirəyinə çırpılıb.
Nəticədə sürücü hadisə yerində ölüb, sərnişinlər 1991-ci il təvəllüdlü Əhmədov Ədalət Həbib oğlu və 1977-ci il təvəllüdlü Vəliyev Vaqif Azay oğlu müxtəlif bədən xəsarətləri alaraq Bərdə Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Fakta görə Bərdə Rayon Polis Şöbəsində Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.
islamazeri.az