Afrika kubokunun finalında üz-üzə gələn Fil Dişi Sahili - Zambiya (8:7) görüşündə maraqlı hadisə yaşanıb
Penaltilər seriyası ilə rəqibini məğlub edən Zambiya millisinin baş məşqçisi Herve Renard diqqət mərkəzinə düşüb. Tarixində ilk dəfə Afrika çempionluğunu yaşayan Zambiya futbolçuları zəfəri bayram edərkən matçın 11-ci dəqiqəsində zədələnərək meydanı tərk edən Yozef Musonda komanda yoldaşlarına qatıla bilməyib. Lakin fransız məşqçi Musondanı qucağında daşıyaraq futbolçuların arasına gətirib. Həmin epizodu təqdim edirik: