1945-ci ildə Koloradoda Mike adlı bir xoruz, başı kəsilməsinə baxmayaraq 2 il həyatına davam etdirmişdir
İslamazeri.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Lloyd Olsansa adlı bir fermer, qayınanası üçün qızartmaq məqsədilə xoruzun başını kəsmiş, lakin xoruz buna baxmayaraq ayağa qalxıb normal həyat funksiyalarını davam etdirmişdir. Xoruzun bir həftə boyunca başsız yaşamasını görən Olsansa, heyvanı elm adamları tərəfindən araşdırılmaq üçüm universitetə aparmışdır.
Araşdırmalar nəticəsində, baltanın heyvanın şah damarını kəsmədiyi və bir laxtanın qanamağı və dolayısilə ölümə maneə törətdiyi, bundan başqa normal funksiyaların yerinə yetirilməsi üçün lazımlı olan beyin sapının zərər görmədiyi aydın olmuşdur. Olsansa Mikeni yemək borusuna yem tökməklə bəsləmişdir. Mike başı olmadan iki il yaşamış və məşhur bir xoruz olaraq ölmüşdür. Bu gün onun xatirəsinə festivallar təşkil edilməkdədir.