Araşdırmalar davam etdirilir
Daxili İşlər Nazirliyi, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Bakı şəhər sakini Xanmirzə Bağırovun alıcı Fərman Xudaverdiyevə 33 kisə “Qaradağ Tikinti Materialları” ASC-də istehsal olunaraq doldurulmuş, “Spesialist” əmtəə nişanlı istehlak xüsusiyyətlərinə uyğun gəlməyən, standartın tələblərinə cavab verməyən keyfiyyətsiz sement satması müəyyən edilib. İslamazeri.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində mağazaya baxış zamanı oradan 24 kisə sement, “Qaradağ Tikinti Materialları” ASC-nin anbarında isə mənşəyini təsdiq edən və əmtəə nişanına dair rəsmi sənədləri olmayan saxta 5 min 450 ədəd “Spesialist” əmtəə nişanlı boş sement kisələri aşkar olunaraq götürülüb.
islamazeri.az