اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً 
Bugün: 22.05.2012, 30 Cəmadiyül-axır 1433

Bakıda BMT əməkdaşının anasını xüsusi amansızlıqla qətlə yetirən tutuldu

Yayım Tarixi: 20.02.2012 11:39
Kriminal
Yazı ölçüsü: büyüt küçült         

haber
Hadisəni törədənin qonşu olduğu məlum olub

Bakının Binəqədi rayonunda törədilmiş dəhşətli qətlin üstü açılıb. Rayon Polis İdarəsindən verilən məlumata görə, fevralın 17-də Azadlıq prospektində yerləşən binada yaşayan 74 yaşlı Elmira İsmayılovanı amansızlıqla qətlə yetirən şəxs tutulub. Binəqədi rayon Polis İdarəsinin cinayət-axtarış şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində mərhumun qonşusu, 23 yaşlı Natiq Hümbətov ələ keçib.

Qeyd edək ki, cani qətli törətdikdən sonra izi itirmək məqsədilə evə od vurub. Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri yanğının qarşısını aldıqdan sonra mərhumun meyitini aşkarlayıblar.

Faktla bağlı Cinayət Məcəlləsinin qəsdən adamöldürmə (120.1-ci) maddəsi ilə cinayət işi başlanıb. 

Mərhum qadın Bakıda BMT-nin Ümumdünya Ərzaq Proqramının Azərbaycandakı nümayəndəliyinin rəhbəri olmuş Fuad Hüseynovun anasıdır. \ milli.az\
islamazeri.az




  

Məlumatdan istifadə etdikdə istinad vacibdir!



Saytı hazırladı artiweb || IE 8+, Firefox 3.6+, Crome 10+, Macromedia Flash, 1024 x 768