اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً 
Bugün: 22.05.2012, 30 Cəmadiyül-axır 1433

Bakıda Misir səfirini və xanımını “tolkuçka”da soydular

Yayım Tarixi: 02.02.2012 15:41
Kriminal
Yazı ölçüsü: büyüt küçült         

haber
Bakıda Misirin Azərbaycandakı səfiri və onun həyat yoldaşına qarşı oğurluq hadisəsi baş verib

Islamazeri.az-ın “Yeni Müsavat” qəzetinə istinadən verdiyi məlumata görə, yanvarın 27-də “Binə” ticarət mərkəzinə alış-verişə gələn səfir Sabir Əbdelkader Mənsur və xanımı Əzizə Mohammed Sadek Ramadanın cibindən 200 manat pul və plastik kartlar oğurlanıb.

Faktı səfirlikdən təsdiqləyiblər. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini, polkovnik Ehsan Zahidov da belə bir hadisənin baş verdiyini təsdiqləyib: “Təəssüf ki, belə bir hadisə baş verib. Yanvarın 22-də Qaradağ rayonu ərazisində “Binə” ticarət mərkəzində Misir Ərəb Respublikasının vətəndaşı olan bir xanımın içərisində 291 dollar, 200 manat pul və şəxsi sənədləri olan çantası oğurlanıb. Bununla bağlı 102 xidmətinə zəng edilib. Hadisə dərhal qeydə alınıb”.

E.Zahidov deyib ki, faktla əlaqədar Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə iş başlanılıb, araşdırma aparılır.


islamazeri.az




  

Məlumatdan istifadə etdikdə istinad vacibdir!



Şərh et yorum

ŞƏRHLƏR

Ferid
03.02.2012 00:31

oqruluq pis emeldir.........
Şərh et yorum

 

Saytı hazırladı artiweb || IE 8+, Firefox 3.6+, Crome 10+, Macromedia Flash, 1024 x 768