Hadisə bu gün səhər baş verib
Bu gün səhər saatlarında Bakının Nərimanov rayonunda təmir-tikinti işləri aparan kran aşıb.
Nərimanov rayon Polis İdarəsindən verilən xəbərə görə, Gənclik meydanında təmir-tikinti işləri aparan “Akkord” şirkətinə məxsus kran yaxınlıqda olan “KamAZ” markalı yük maşının üzərinə aşıb.
Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb.
Hazırda Nərimanov rayon Polis İdarəsinin əməkdaşları faktla bağlı araşdırma aparırlar.
islamazeri.az