اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً 
Bugün: 22.05.2012, 30 Cəmadiyül-axır 1433

Bakıda polis mayoru rüşvət alarkən tutulub

Yayım Tarixi: 13.02.2012 17:05
Kriminal
Yazı ölçüsü: büyüt küçült         

haber
Baş əməliyyat müvəkkili cinayət məsuliyyətinə cəlb olunmamaq müqabilində 1500 manat alıb

Bakıda vətəndaşdan pul alan polis mayoru saxlanılıb. Bu barədə məlumat Daxili İşlər Nazirliyinin rəsmi saytında yer alıb. İslamazeri.az-ın nazirliyin rəsmi saytına istinadla verdiyi məlumata görə, fevralın 11-də Bakı şəhər sakini R.Bağırova Daxili İşlər Nazirliyinə müraciət edərək qohumu H.Babayevin cinayət məsuliyyətinə cəlb olunmaması müqabilində özünü Sabunçu Rayon Polis İdarəsinin əməkdaşı kimi təqdim etmiş bir şəxsin ondan pul tələb etməsi barədə məlumat verib. 

Nazirliyin və Baş Prokurorluğun əməkdaşlarından ibarət əməliyyat qrupu tərəfindən həyata keçirilmiş operativ tədbirlərlə Sabunçu Rayon Polis İdarəsinin Narkotiklərlə mübarizə bölməsinin baş əməliyyat müvəkkili, polis mayoru Nurəddin Qəmbərov həmin vətəndaşdan 1500 ABŞ dolları alarkən saxlanılıb.

Fakta görə cinayət işi başlanılaraq istintaq aparılır.
islamazeri.az




  

Məlumatdan istifadə etdikdə istinad vacibdir!



Saytı hazırladı artiweb || IE 8+, Firefox 3.6+, Crome 10+, Macromedia Flash, 1024 x 768