اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً 
Bugün: 22.05.2012, 30 Cəmadiyül-axır 1433

Bakıdakı “ət bazarı”nda mənşəyi məlum olmayan ət

Yayım Tarixi: 06.02.2012 15:24
İqtisadiyyat
Yazı ölçüsü: büyüt küçült         

haber
İqtisadi İnkişaf Nazirliyi ət və ət məhsulları bazarında monitorinq aparır

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlak bazarında süni qiymət artımı hallarının qarşısının alınması məqsədilə Bakıda və respublikanın regionlarında ətin qiymətinin monitorinqini davam etdirir. İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən İslamazeri.az-a verilən məlumata görə, Bakı şəhəri, Binəqədi rayonu, Ş.Məmmədova küçəsi ilə H.Hüseynov küçəsinin kəsişməsində Əli Hacıyev məxsus “ət bazarı” adlandırılan ticarət mərkəzində aparılan yoxlama zamanı satılan heyvanların mənşəyini və alış qiymətini təsdiq edən sənədlərin olmadığı, habelə mal və qoyun ətinin regionlarda diri heyvanların satış qiyməti il müqayisədə heç bir iqtisadi əsası olmadan xeyli yüksək qiymət təklif edildiyi müəyyənləşdirilib. Bundan başqa, ticarət mərkəzində ət satışı zamanı müvafiq dövlət orqanları tərəfindən yoxlanılmamış və kalibrlənməmiş tərəzilərdən istifadə olunduğu da aşkarlanıb. 

Araşdırmalar davam etdirilir və nəticələrdən asılı olaraq qanunvericiliyə uyğun tədbirlər görüləcək.
islamazeri.az




  

Məlumatdan istifadə etdikdə istinad vacibdir!



Saytı hazırladı artiweb || IE 8+, Firefox 3.6+, Crome 10+, Macromedia Flash, 1024 x 768