Yanvarın 25-də Bakı şəhərinin Qaradağ rayonu ərazisində oğurluq hadisəsi baş verib
Qaradağ rayon Polis İdarəsindən verilən məlumata görə, “Meyvəli” bazarında ticarətlə məşğul olan şəxsin telefonu oğurlanıb. Belə ki, həmin bazarda işləyən, 1977-ci ildə Goranboy rayonunda anadan olmuş və hazırda Xocasən qəsəbəsində yaşayan Ruslan Salmanov “Samsung” markalı mobil telefonun naməlum şəraitdə oğurlanması barədə polisə məlumat verib. Hazırda polis telefonu oğurlayan şəxsi axtarır.
islamazeri.az