Quba rayonundan olan Davudovlar ailəsi uzun illərdir ki, uşaq həsrəti çəkiblər. Nəhayət bu il Allah onlara övlad nəsib edib. Balaca Kənan ailəyə sevinc gətirib. Lakin Kənan anadangəlmə qüsurlu doğulub. Belə ki, onun dodaq və damağında qüsur var. Quba rayon Məkəzi Doğum evində dünya gələn Kənan ilkin müayinədən sonra Bakı şəhərinə respublika Elmi tədqiqat Pediatriya İnstitutuna göndərilib. Burada müayinə edilən Kənana üst dodağın və damağın yarığı diaqnozu qoyulub.
Kənanın əməliyyat yolu ilə sağalmasına imkan var. Onun iki dəfə əməliyyat olunması lazımdır. Hər əməliyyat isə 1500 azn məbləğində vəsait tələb edir.(Ümumi məbləğ 3000 azn) Valideynlərinin maddi durumu çətin olduğundan övladlarını əməliyyat etdirə bilmirlər.
Odur ki, imkanlı şəxslərdən körpə Kənanı sağlamlığına qovuşdurmaq üçün yardım etmələri xahiş olunur.
Qeyd: Yardımları aşağıda göstərilən bank hesablarına, Kənanın atası Davudov Zaurun aşağıda göstərilən telefon nömrələrinə zəng vurmaqla verə bilərsiniz.
İslamazeri.az internet qəzeti ailə ilə sizin aranızda vasitəçilik edə bilər.
Qeyd: Yardım edən şəxslər xaiş edilir ki, yardım etdiyi məbləği sayta bildirsin. Bunun vasitəsi ilə qalan məbləğ xəbər dəyişdirilir. Bu həmdə şəffaflıq üçündür.
Ünvan: Sumqayıt ş. St Sumqayıt qəsəbəsi, məhəllə 138, mənzil 153
Allah Wefa Versin!
Salam aleykum!Allah butun xestelere wefayi acil merhemet etsin,xususende nezerde olan bu balaya.Allah xesteliklerimizi gunahlarimizin keffaresi qerar versin!imkani olanlar maddi komeklerini,olmayanlarda dualarini esirgemesinler!
Mustafa 26.09.2011 00:58
Salam
Allah komek olsun !!!
Asu 25.09.2011 16:57
Salam
Imkani olan sexslerden xahis edirik,balaca Kenana komeklik etsinler :)
Gulnar Aliyeva 20.09.2011 17:12
Allah balaca balamiza komek olsun nedeyek Allah pulu olan ama vermeyenlere de biraz insaf versin