"Tolik"in xatirəsinə həsr edilmiş turnirin final qarşılaşması Banişevskinin anadan olduğu fevralın 23-ə salınıb
İslamazeri.az İnternet qəzetinin AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Fevralın 17-də Bakıda mərhum futbolçu Anatoli Banişevskinin xatirəsinə həsr olunmuş turnirin startı veriləcək.
Yarışda 1998 - 1999-cu il təvəllüdlü futbolçulardan təşkil olunmuş 8 komanda 2 qrupda mübarizə aparacaq.
Bütün oyunlar AFFA Futbol Mərkəzindəki “Dalğa Arena”da keçiriləcək.
Final qarşılaşması Banişevskinin anadan olduğu fevralın 23-ə salınıb.
Qeyd edək ki, vaxtilə “Neftçi” və SSRİ milli komandasında çıxış etmiş Anatoli Banişevski 1997-ci il dekabrın 10-da 51 yaşında ikən dünyasını dəyişib.
islamazeri.az