Müsəlmanlar növbəti “Norveç sindromu” ehtimalı qarşısında təşvişə düşüb
Belçikanın Şarlerya şəhəri Marçine O Pon qəsəbəsindəki “Əlaəddin” məscidi yerlilər tərəfindən hücuma məruz qalıb. Məlumata görə, məscidə girən naməlum şəxslər məbədin pəncərələrini sındırıb, burda olan Türkiyə və Belçika bayraqlarını cırıblar. Hadisəni təxribat kimi qiymətləndirən “Diyanət” fondu Belçika nümayəndəliyinin mətbuat katibi Allahın evi kimi qəbul edilən məbədə qarşı belə bir hadisənin qəbul edilməsinin mümkün olmadığını bildirib. “Avropanın ortasında belə bir hücumu şiddətlə pisləyirik. Norveçdə meydana gələn hücumların yayılma ehtimalı bizi təşvişə salıb. Bu səbəblə də ölkə rəsmilərinin tədbir görməsini gözləyirik”.
Xatırladaq ki, əsasən türklərin yaşadığı Marçine O Pon qəsəbəsindəki Türkiyə “Diyanət” fonduna bağlı fəaliyyət göstərən “Əlaəddin” məscidi keçən il iyul ayında da belə bir hücuma məruz qalmışdı.
islamazeri.az