اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً 
Bugün: 22.05.2012, 30 Cəmadiyül-axır 1433

"Belə bir hərəkət Hizbullaha qarşı təhqir olardı"

Yayım Tarixi: 17.02.2012 11:43
Xəbərlər
Yazı ölçüsü: büyüt küçült         

haber
Hizbullah terror aktlarına görə bütün ittihamları rədd etdi

İslamazeri.az İnternet Qəzetinin "Al Manar"a istinadən verdiyi xəbərə görə, Livan Hizbullahının lideri Seyid Həssən Nəsrallah ötən günlərdə Hindistan və Taylandda törədilən terror aktlarının və Gürcüstünda planlaşdırılan hücumun onlarla heç bir əlaqəsinin olmadığını bildirib.
Hizbullahın 2008-ci ildə İsrail tərəfindən terror hücumu nəticəsində şəhid olan ali hərbi komandiri İmad Muğniyənin anım günündə çıxış edən Nasrallahın sözlərinə görə, əgər belə bir şey olsa idi, Hizbullah çəkinmədən hadisə ilə bağlı açıqlama verərədi.
"Bizim, mediada iddia edilən terror aktları ilə əlaqəmiz yoxdur. Törədilən hadisələrə görə Hizbullahın ittiham edilməsinə əhəmiyyət verməyə də bilərdim. Lakin mən qətiyyətlə bildirmək istəyirəm ki, Hizbullahın bu işlərdə əli yoxdur. İlleqal İsrail rejiminin liderləri onlardan şəhidimiz Muğniyənin qisasını nə vaxt alacağımızı özləri bilirlər. Bu əsgərlərə, diplomatlara və ya mülkilərə qarşı olmayacaq. Belə bir hərəkət Hizbullaha qarşı təhqir olardı", deyə Seyyid Həssən Nəsrallah bildirib.
Qeyd edək ki, İsrail rejimi, hər üç hücumda İranın əlinin olduğunu iddia edirdi. Və hədəfin İsrail diplomatları olduğunu bildirirdi. Bundan əlavə, bəzi mənbələrə görə, hücumlar şəhid İmad Muğniyənin qisası kimi həyata keçirilmişdi.
islamazeri.az




  

Məlumatdan istifadə etdikdə istinad vacibdir!



Saytı hazırladı artiweb || IE 8+, Firefox 3.6+, Crome 10+, Macromedia Flash, 1024 x 768