Britaniyanın Medical Journal tibb dərgisində çağ olunmuş tədqiqat nəticələrində deyilir
İslamazeri.az-ın BBC-yə istinadən verdiyi xəbərə görə, University College London universitetinin tədqiqatçıları 45-49 yaşında qadınlarda əqli mühakimənin 3.6 faiz aşağı düşdüyünü deyir.
Onlar 7000 nəfər 45-70 yaşında qadın və kişilər üzərində on il ərzində tədqiqat aparıblar və onların yaddaş, lüğət və dərk etmə qabiliyyətini yoxlayıblar.
Alsheymer Cəmiyyəti deyib ki, tədqiqat yaddaşsızlıq diaqnozlarına yardım edə bilər.
Bundan əvvəl aparılmış tədqiqat isə göstərmişdi ki, əqli zəifləmə 60 yaşdan öncə başlamır.
Ancaq son tədqiqat yaddaşsızlığın orta yaşlarda başladığını aşkar edir.
islamazeri.az