Cümə namazı Masallının Cümə məscidində Şeyx Sərdar Hacıhəsənlinin imaməti ilə qılındı.
Cümə namazının xətibi Şeyx Sərdar Hacıhəsənli sözünü "Müsəlman qardaş və bacılar özümü və sizi insan övladına nicat verə biləcək yeganə yol olan ilahi təqvaya dəvət edirəm" sözləri ilə başlayaraq 1-ci xütbədə Mübarək Ramazan ayının fəzilətlərindən danışdı.2-ci xütbəni Allah bəndələrini ilahi təqvaya dəvət edəndən sonra, Qurani Kərimin Nisa surəsinin 59 ayəsi ilə («Ey iman gətirənlər, Allaha, Peyğəmbərə və özünüzdən olan əmr sahiblərinə itaət edin».) sözə başlayan xətib bu ayə bizim məzhəbnən başqa məzhəblərin yanaşmalarında fərqli baxışların olduğu ayələrdəndir dedi.
Allahdan və Peyğəmbərdən itaət məlumdur , görən əmr sahıbləri kimlərdir?
Əmr sahiblərinə məsələ çatanda bizim məzhəbin əqidəsində, inancında və baxışında Əmr sahibləri Petğəmbərin Allah tərəfindən bizə təyin elədiyi Əhli-Beyt imamlarıdır. Biz Allahdan və Peyğəmbərdən sonra yalnız və yalnız üzərimizdə olan ilahi hakimiyyəti Əhli –Beytin barəsində qəbul edirik.
Amma bizdən fərqli məzhəblər əmr sahiblərini hətta fasiq rəhbərlərdən belə məna edirlər. Və deyirlər hər bir şəxs hakimiyyətə gələrsə onun əmrinə itaət Quran ayəsinə əsasən vacibdir. Hətta mən Ayaz Mütəllibovun dövründə Azərbaycanın dini orqanlarının birində idim, dini orqanın başçısının otağında başının üstündə Ayaz Mütəllibovun şəkli asılmışdı və şəklin altında bu ayə yazılmışdı «Ey iman gətirənlər, Allaha, Peyğəmbərə və özünüzdən olan əmr sahiblərinə itaət edin». Onun nəzərində olan əmr sahibi o vaxtkı hakimiyyət başçısı Ayaz Mütəllibov idi. Bir müddət keçəndən sonra mənim həmin adamla bir də görüşüm oldu yenə həmin otaqda onun başının üstündə Ayaz Mütəllibovun deyil Elçibəyin şəkli asılmışdı Əmr sahiblərinə itaət edin ayəsi də şəklin altında dururdu.
İndi də bəzən biz rast gəlirik dini mühitlərdə və ya “ruhanilərin” bəzi bəyanlarında Əmr sahiblərinə itaət edin kəlməsi hakimlərə şamil edilir. Bu ən azından Quran inancına ziddir. Fikir verin “Allaha və Peyğəmbərə” itaət etdin. Allaha və Peyğəmbər insanları haqqa, ədalətə, paklığa, təqvaya, doğruluğa, düzgünlüyə dəvət edir. Yaxşı, indi qərar ola bu ayənin davamında 3-cü bir vicud olan əmr sahibi ədalətsiz, imansız, təqvasız, xalqın mənəviyyatında heç bir marağı olmayan adam ola, bu itaəti onlara şamil edəsən, sizcə bu Quran ayəsində təzad olmur? Təbii ki, ayədə təzad yaranır.
Qurani –Kərimdə zülmü, şirki, pis-pis əməlləri, napaklıqları və bunların öndərlərinin hamısını Quran məhkum edir, kənara qoyur. Biz üzərimizdə bir dənə hökmü, hömranlığı tanıyırıq. Bir hökmü adil hökm bilirik, o da Allahın hökmüdür.
Birdən bir yerdə olduq orada Allah hökmü ilə oranın qanunları üst-üstə düşsə, gözümüzün üstündə yeri var. Yox birdən bir zaman oldu Allah hökmü ilə başqa hökmlər üzbəüz dayandı, bizi bu qapıya gətirəndə başa salmışdılar kimin hökmü üstündü.
Peyğəmbər (s) buyurub: Allahın qarşısında, heç bir məxluqun əmri önündə təslim olub Allah hökmünün ziddinə hərəkət etməyin.Sözünün sonunda Şeyx Sərdar Hacıhəsənli Allahdan zindanda yatan hicab məhbuslarının o cümlədən Hacı Fəramiz ağanın zindandan azad edilməsi üçün dualar etdi və Masallı möminlərinin hicabı müdafiə etdikləri üçün şərlənərək həbs olunan bütün dindar və ruhanilərin həbs olunmasını pislədiklərini söylədi.
XEBER44.COM
islamazeri.az