اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً 
Bugün: 22.05.2012, 30 Cəmadiyül-axır 1433

Bir xəbərdarlıq və bir qeyd (Köşə yazısı)

Yayım Tarixi: 30.01.2012 01:57
Məqalə
Yazı ölçüsü: büyüt küçült         

haber
“Təəccüb edirəm o kimsəyə ki, bilir tənha ölər, qəbirə tənha girər, amma (Allahdan çox) insanlarla həmdəmdir”

Bəllidir ki, içində yaşadığımız  dövrdəki cinayət, sosial ədalətsizlik, insanların bir-birini aldatması, oğurluq hadisələri və əxlaqi degenerasiya  kimi hallar bəzən insanları ümidsizliyə salır. Ümidsizlik və qeyri müəyyənliklə şaşqınlıqda qalmaq kimi  keyfiyyətlər isə imanlılığa dəlalət edən  xüsusiyyətlərdən sayıla bilməz. Unutmaq olmaz ki, günümüzdə, hətta də öz  cinsi azğınlıqları ilə  tanınan Lut xalqı, hiyləgərliklə aldadan və saxtakarlıqla məşğul olan  Mədyən xalqı,  başqalarına lağ edən  və özünü bəyənən  Nuh xalqı,  üsyankar və azğın  Səmud xalqı, nankor İrəm xalqı və məhv edilmiş  digər xalqların hərəkətlərini də üstələmiş insanlar yaşayır. Aydın məsələdir ki, bütün bu əxlaqsızlıqların  arxasında  insanın  Allahı  və yaradılışın  məqsədini unutması durur.

Uca Yaradan məxluqat aləminin hamısı üçün son hidayət kitabı olan Qurani- Kərimdə Öz Rəsulu Məhəmmədə (s) buyurur: “Sənin  Rəbbin  mərkəzlərinə  ayələrimizi  oxuyan bir peyğəmbər göndərməmiş məmləkətləri məhv etmədi. Biz yalnız əhalisi zalım olan  məmləkətləri məhv etdik!” (Qəsəs, 28/59). Yəni, əgər insan ibrətamiz keçmişinə  “tapançadan atəş açsa, gələcək onu topa tutacaqdır!  İslam Peyğəmbərinin (s) əxlaqına, məfkurəsinə  və vəsiyyətinə ehtiram göstərmədən kor-koranə təkamül qapısına yetişməkdə sabitqədəmlikdə iddialı olmaq  ağıl sahiblərinin məntiqinə uyğun deyil. “Həqiqətən, burada  ağıl sahibləri üçün  aşkar bir dəlil vardır.”(16/65).

  Qərb dövlətlərində Vatikandakı Roma Papalığının simvolik hakimiyyətin tanınmasına bu gün də Xristian peyğəmbərlərinin varisləri hüququ ənənəsinə görə ehtiram göstərildiyi halda, müsəlmanların əksəriyyəti  hələ də dövlət və idarəçilik işlərində öz Peyğəmbərlərinin  səmavi qanunlarla sabitləşmiş övladının - 12-ci Məsum İmamın Həzrəti Mehdinin (ə.f.) vərəsəlik hüququnu  tanımaqdan boyun qaçırırlar. Halbuki, Peyğəmbər(s) xanədanına məxsus hakimiyyəti qeyri-şəri yollarla qəsb edənlərin İslamın qüdrətini kosmetik bir müsəlmançılıqla qeyri müsəlman dünyasına qarşı fatehlik siyasəti ilə nümayiş etdirənlərin yolunun Məhəmməd (s) ümməti tərəfindən  İsrail oğullarını misalında izlənməsi, azğınlıqla müşayiət olunan keçmişə “müsəlman”casına  bəraət qazandırılması  təəccüb doğurur.  Qüdsi hədisdə deyildiyi kimi: “Təəccüb edirəm o kimsəyə ki, bilir tənha ölər, qəbirə tənha girər, amma (Allahdan çox) insanlarla həmdəmdir.” 

Musarza Musəvi
islamazeri.az




  

Məlumatdan istifadə etdikdə istinad vacibdir!



Saytı hazırladı artiweb || IE 8+, Firefox 3.6+, Crome 10+, Macromedia Flash, 1024 x 768