Musarza Musəvi
Bəllidir ki, içində yaşadığımız dövrdəki cinayət, sosial ədalətsizlik, insanların bir-birini aldatması, oğurluq hadisələri və əxlaqi degenerasiya kimi hallar bəzən insanları ümidsizliyə salır. Ümidsizlik və qeyri müəyyənliklə şaşqınlıqda qalmaq kimi keyfiyyətlər isə imanlılığa dəlalət edən xüsusiyyətlərdən sayıla bilməz.
Unutmaq olmaz ki, günümüzdə, hətta də öz cinsi azğınlıqları ilə tanınan Lut xalqı, hiyləgərliklə aldadan və saxtakarlıqla məşğul olan Mədyən xalqı, başqalarına lağ edən və özünü bəyənən Nuh xalqı, üsyankar və azğın Səmud xalqı, nankor İrəm xalqı və məhv edilmiş digər xalqların hərəkətlərini də üstələmiş insanlar yaşayır. Aydın məsələdir ki, bütün bu əxlaqsızlıqların arxasında insanın Allahı və yaradılışın məqsədini unutması durur. Uca Yaradan məxluqat aləminin hamısı üçün son hidayət kitabı olan Qurani- Kərimdə Öz Rəsulu Məhəmmədə (s) buyurur: “Sənin Rəbbin mərkəzlərinə ayələrimizi oxuyan bir peyğəmbər göndərməmiş məmləkətləri məhv etmədi. Biz yalnız əhalisi zalım olan məmləkətləri məhv etdik!” (Qəsəs, 28/59).
Yəni, əgər insan ibrətamiz keçmişinə “tapançadan atəş açsa, gələcək onu topa tutacaqdır! İslam Peyğəmbərinin (s) əxlaqına, məfkurəsinə və vəsiyyətinə ehtiram göstərmədən kor-koranə təkamül qapısına yetişməkdə sabitqədəmlikdə iddialı olmaq ağıl sahiblərinin məntiqinə uyğun deyil. “Həqiqətən, burada ağıl sahibləri üçün aşkar bir dəlil vardır.”(16/65).
Qərb dövlətlərində Vatikandakı Roma Papalığının simvolik hakimiyyətin tanınmasına bu gün də Xristian peyğəmbərlərinin varisləri hüququ ənənəsinə görə ehtiram göstərildiyi halda, müsəlmanların əksəriyyəti hələ də dövlət və idarəçilik işlərində öz Peyğəmbərlərinin səmavi qanunlarla sabitləşmiş övladının - 12-ci Məsum İmamın Həzrəti Mehdinin (ə.f.) vərəsəlik hüququnu tanımaqdan boyun qaçırırlar. Halbuki, Peyğəmbər(s) xanədanına məxsus hakimiyyəti qeyri-şəri yollarla qəsb edənlərin İslamın qüdrətini kosmetik bir müsəlmançılıqla qeyri müsəlman dünyasına qarşı fatehlik siyasəti ilə nümayiş etdirənlərin yolunun Məhəmməd (s) ümməti tərəfindən İsrail oğullarını misalında izlənməsi, azğınlıqla müşayiət olunan keçmişə “müsəlman”casına bəraət qazandırılması təəccüb doğurur. Qüdsi hədisdə deyildiyi kimi: “Təəccüb edirəm o kimsəyə ki, bilir tənha ölər, qəbirə tənha girər, amma (Allahdan çox) insanlarla həmdəmdir.”