اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً 
Bugün: 22.05.2012, 30 Cəmadiyül-axır 1433

Bir, yoxsa 100 ağac?

Yayım Tarixi: 15.10.2011 13:56
Maraqlı
Yazı ölçüsü: büyüt küçült         

haber
Tayvanda bir ağacın budaqlarının uzanması və torpağa girməsi nəticəsində 100-dən çox ağaca çevrilməsi görənləri heyrətə salır

İslamazeri.az-ın verdiyi xəbərə görə, Tayvanın qərbindəki Penghu adasındakı bir ağac, görənləri heyrətə salır. Ağacın tək bir cücərtidən yetişdiyi və budaqlarının torpağa girərək kök salması nəticəsində 100-dən çox ağaca çevrildiyi bildirilir. Ağacın isə 367 yaşında olduğu deylir.

Tayvan Hökumət İnformasiya Mərkəzinin verdiyi məlumata görə, ağacın uzanan budaqları torpağa girərək kök salmış və nəticədə bu köklərdən uzanan budaqlar təkrar kök salıblar. Beləcə tək ağac yüzdən çox ağaca çevrilmiş və min kvadrat metrlik bir sahəyə yayılmışdır. Gövdələri və yarpaqları isə sanki bir damı xatırladır. Üzüm salxımını xatırladan ağac, Tayvanın Penghu mahalına gələn ziyarətçilərin böyük marağına səbəb olub..

Digər tərəfdən ağacın necə əkildiyinə dair isə iki fərqli hekayə var. Bir məlumata görə, əsrlər əvvəl saxsılarda bitki yetişdirən bir tacir bura gələrək, xüsusi bir cücərti əkib. Digər məlumata görə isə yerli bir kəndli xüsusi bir toxum əkib və bu ağac bitib.

Ağacın olduğu yer isə Tayvanlılar üçün xüsusi bir məna daşıyır. Ağacın, burada yaşayan insanları əsrlər boyu döyüş və epidemiya xəstəliklərdən qoruduğuna inanılır. Buna görə da ağacın olduğu sahəyə dinclik və etibarlı mənasını verən “Bao An” adı verilib. Hazırda isə bu yer həm məbəd, həm istirahət üçün yer kimi istifadə edilir.
islamazeri.az




  

Məlumatdan istifadə etdikdə istinad vacibdir!



Saytı hazırladı artiweb || IE 8+, Firefox 3.6+, Crome 10+, Macromedia Flash, 1024 x 768