اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً 
Bugün: 22.05.2012, 30 Cəmadiyül-axır 1433

"Bismillah"

Yayım Tarixi: 08.12.2011 15:39
Mədəniyyət
Yazı ölçüsü: büyüt küçült         

haber
Əhəməd Cavad bu şeri Azərbaycan Xalq Cumhuriyyətnin ilk günlərində qələmə almışdır.

Bismillah!

Atıldı dağlardan zəfər topları
,Bürüdü elləri əsgər, bismillah!
O xan sarayında çiçəkli bir qız
Bəkliyor bizləri zəfər, bismillah!

Ey döyünən yürək, dumanlı şəhər,
Bilirmisən, bu zor gurultu nədir?
Aç sisli qoynunu, ordumuz gəlir,
Nişanlın qoynuna girər, bismillah!

Ey hərbin taleyi, bizə yol ver, yol!
Sən ey gözəl dəniz, gəl türkə ram ol!
Sən ey sağa, sola qılınc vuran qol,
Qollarına qüvvət gələr, bismillah!

Ey Baku, sən qorxma, gəldik, gələli,
Səninçün atıldıq daim irəli!
Sağ qalanlar annələrə təsəlli,
Şəhidlərin ruhu gülər, bismillah!

Ey düşman, alnının yazısı qara,
Öldürməz bizləri, vurduğun yara!
Yolladığın qurşun ərməğan sana,
O kirli alnını öpər, bismillah!

Sən mərd olub dursan qarşımda əgər,
Qudurğan sazmalı növbətin keçər;
Sağlandığın topraq qanını içər,
Yurdun olmaz sana sipər, bismillah!

Yurdumuzda bizə meydan oxuyan,
Murdar cəmdəkləri murdar qoxuyan.
Təkbir səslərini uzaqdan duyan,
Düşmənimi zaman istər, bismillah!

Yasamal, 1918, 16 iyul
Quranevi.az 

islamazeri.az




  

Məlumatdan istifadə etdikdə istinad vacibdir!



Saytı hazırladı artiweb || IE 8+, Firefox 3.6+, Crome 10+, Macromedia Flash, 1024 x 768