اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً 
Bugün: 22.05.2012, 30 Cəmadiyül-axır 1433

"Biz dinimiz uğrunda zindana düşən məhbuslarımızla fəxr edirik"

Yayım Tarixi: 18.10.2011 18:42
Müsahibə
Yazı ölçüsü: büyüt küçült         

haber
"MRC"-nin sədri Ruhani Tohid İbrahimbəylinin müsahibəsi

- Bildiyimiz kimi son zamanlar Azərbaycanda Dinimizə və Dindarlara qarşı təzyiqlər sürətlə artmaqdadır. Sizcə bu təzyiqlər kimlər tərəfindəndir və nə üçündür?

- Bismillahir Rəhmanir Rəhim. Bu gün nəinki Azərbaycanda, bütün müsəlman ölkələrində məxsusən keçmiş SSR-idən ayrılan ölkələrdə vahid mərkəzdən idarə edilən qurumlar tərəfindən İslamı dəyərləri aradan aparmaga çalışırlar. Onların məqsədləri Dinin simvollarını aradan aparmaq, Dinin kökünü qurutmaqdan ibarətdir və bu məqsədlə bütün ağla gələn və gəlməyən insaniyyətə xas olmayan iyrənc siyasət yürüdürlər. Odur ki, dünyanın əksər ölkələrində olduğu kimi, ölkəmizdə də SİONİZİM bu iyrənc siyasəti həyata kecirmək üçün muzdlu nökərlər icarə etmişdir. Dinimizin simvolları vardır. Bu simvollara Quran Şairallah deyir və Azan, Məscid, Hicab və eləcədə Ruhanilər İslamın nişanələridir. Düşmən üçün bu simvolların aradan getməsi çox mühümdür. Odur ki, onlar birinci Azan səslərini kəsməyə, Məscidləri uçurtmağa, Hicaba qadağa qoymağa cəhd etdikdə qarşılarında Hacı Mövsüm, Hacı Abgül, Hacı Tale, Hacı Fəxri, Kərbəlayi Azər, Hacə Zülfüqar, Seyyid Fəramiz və.s kimi dəyərli Ruhanilərimizi gördülər. Onları da müxtəlif gülünc iftiralarla həbs etdilər. Bu saydıqlarımız İslamın nişanələridir. Odur ki, hər bir Müsəlmanın vəzifəsidir ki, bu nişanələri qorusun.

-Məşədi "bəzilərinin" fkrincə Dinə qarşı olan təzyiqlərə, Hicaba qoyulan qadağaya etiraz əlaməti olaraq keçrilən aksiyalar əhəmiyyətsiz bir şeydir. Onların fkrincə bucür işlər lazımsız bir işdir. Səbəb isə inanclıların kəmiyyətcə az və zəif olmaları kimi göstərilir. Bəziləri isə İmam Həsənin (ə) sülhündən, İmam Sadiqin (ə) maarifləndirməsini istanad gətirərək səbr edib gözləməyi tövsiyyə edirlər. Sizin bu fkirlərə münasibətiniz necədir?

-H.z Əli (ə) buyurur: Əgər hər kəs bir hakimin hökumət edən zaman Allahın haramını halal-halalını haram etməsini eşitsə və sussa Allah onu o zalımla bir yerdə cəhənnəmə atacaqdır. Nəhcül Bəlagədə H.Z Əli (ə) Əgər görsəm ki, Allahın dininə zərəbə dəyir və bütün məxluqat mənə qarşı dönüb tək qalmışam, yenədə Allahın dinini müdafiə etməkdən dönmərəm. Cünki bilirəmki mən həqq onlar isə batildir və həqq batil qarşısında əyilməz. Mənim əzizlərim biz İmam Həsənin (ə) sülh müqaviləsinə nəzər salsaq görərik ki, məktubunda buyuruki "Müaviyyə bil ki, dinimə zərbə vursan məni qarşında görəcəksən". Biz heç bir məsumu görmərik ki, İslamın simvollarına zərbə gələ onlarsa susalar. Eləcədə İmam Sadiqdən (ə) misal çəkənlər bunuda bilməlidirlər ki, İmam Sadiq (ə)-ın evini 6 dəfə yandırıblar. Biz həmin bu İmamların yollarını gedənlərik. Əgər adımızı mömin qoymuşuqsa gərək malımızla və canımızla Dinimizi qoruyaq, haqqı deyək. Necəki zindanda olan əzizlərimiz bu işi gördülər. Möminin dəyəri bu günlərdə bilinir. Bu gün Dinimizə zərbələr vururlar, Ruhanilərimizi nahaqqdan həbs edirlər,bu gün 50-yə yaxın möminlərimiz zindandadırlar, ana bacılarımıza qarşı həyasızcasına əl qaldırırlar. Biz necə susa bilərik?


- Sizcə ölkəmizdə gedən bu proseslər, Quranin hökmü olan hicaba qoyulan qadaga götrüləcəkmi?

- Mən başqa yerlərdədə bunu qeyd etmişəm ki, bizim davamız başqa siyasi partiyalar kimi hakimiyyət davası deyil. Bundan sonra bir neçə hakimiyyət dəyişsə belə, ancaq dinimizin simvollarına əl uzatsalar biz davamızı davam etdirəcəyik, zalımların sionistlərin və onların nökərlərinin qarşısında əyilməyəcəyik. Onlar bizi müxtəlif şərlərlə şərləyə bilərlər, qanımızı tökə bilərlər, onlar bizi həbs edə bilərlər ancaq dinimizi heç vaxt əlimizdən ala bilməzlər. Biz dinimizlə, və dinimiz uğrunda zindana düşən məhbuslarımızla fəxr edirik. 

Xeber7.com
islamazeri.az




  

Məlumatdan istifadə etdikdə istinad vacibdir!



Şərh et yorum

ŞƏRHLƏR

Mewedi Mubariz
13.02.2012 20:48
Azerbaycanda Dine Qadaqa
Salamun Aleykum qardawdar men diyardimki azerbaycanda bu dini mehdudiyatlar iran siyaseti ve bawda seher kanalinin fasadlaridi bu hakimiyatda olanlari qiciqlandirirlar iran azerbaycanda dine gore yox siyaseti bawda tutub meqsadin gudur.ALLAHTAALA BUTUN HEBS OLAN QARDAWLARİN QAPİLARN ACSİN
Shelale
05.11.2011 11:19

ALLAHin qoruduqu dini hek kim mehv ede bilmez. Hicaba gore zindanda olan mehbuslarimiza ALLAHdan dileyirem ki,tez bir zamanda onlari ordan xilas etsin. Ve hicab meselesi tez biz zamanda butun ALLAH sevenlerin,hicaba destek deyenlerin xeyrine hell olsun INsheALLAH...
Kərbəlayi Natig
18.10.2011 20:10

Halal olsun-məşədi. Qoy hamı bilsin biz hicab məsələsi həll olunana qədər mübarizəmizi davam etdirəcəyik. Hec bir şey- nə zindan nə də dikər məhrumiyyətlər bizi mübarizədən soyuda bilməz. Allahın ipindən hamılıqla yapışmaq lazımdır.
Şərh et yorum

 

Saytı hazırladı artiweb || IE 8+, Firefox 3.6+, Crome 10+, Macromedia Flash, 1024 x 768