اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً 
Bugün: 22.05.2012, 30 Cəmadiyül-axır 1433

"Bizim əsas vəzifəmiz qrupdan çıxmaq olacaq" - MÜSAHİBƏ

Yayım Tarixi: 10.09.2011 01:32
Müsahibə
Yazı ölçüsü: büyüt küçült         

haber
Futzal üzrə yığma komandamızın baş məşqçisi Joze Alesio azerisport.az saytına müsahibəsi

Futzal üzrə yığma komandamızın baş məşqçisi Joze Alesio azerisport.az saytına müsahibəsində AÇ-2012-nin final mərhələsində Portuqaliya və Serbiya ilə eyni qrupa düşməyimizdən və şanslarımızdan danışıb.

- Püşkün nəticəsini necə qiymətləndirərdiz?

- Yalnız A qrupu bir qədər zəif alındı. Qalan bütün qruplar çətindir. Bizə də çətin qrup düşüb. Heç də asan oyunlar olmayacaq.

- Deməli, bəxtimiz gətirməyib?

- Bizim bəxtimiz bunda yox, qrupdan çıxacağımız halda kimlərlə düşməyimiz baxımından gətirməyib. Məsələ burasındadır ki, B qrupundan birinci yerlə 100 faiz İspaniya çıxacaq. Amma bizə onlarla düşmək olmaz. İspanlarla ancaq braziliyalılar mübarizə apara bilərlər. Bu isə o deməkdi ki, bizə ancaq qrupu birinci yerdə tamamlamaq lazımdır. Belədə, güman ki, həmin qrupda ikinci olacaq Ukrayna ilə düşə bilərik ki, onları da məğlub etmək olar. Hansı ki, biz bunu bir neçə dəfə etmişik.- Amma bunun üçün qrupun favoriti Portuqaliyanı udmaq lazımdı. Hansı ki, son Avropa çempionatının yarımfinalında məhz onlara yenilmişdik.

- Revanş hissi qalır?

- Xeyr. Onlar bizi ancaq penaltilərlə uda bilmişdilər. Əminəm ki, hər iki komandada bir-birinə qarşı ancaq hörmət hissləri qalıb. Çətin oyun olacaq.

- Elə ilk oyunumuzu onlara qarşı keçirməyimiz işimizi çətinləşdirmir?

- Xeyr. Əksinə, bu, bizim üçün yaxşıdır. Bunu həm zədəli, həm də cəzalı oyunçuların olmaması baxımından uğurlu saymaq olar. Digər tərəfdən yorğunluq olmayacaq. Sonuncu Avropa çempionatı bizim üçün uğurlu alınmışdı. Bu dəfə işimiz daha çətin olacaq. Bizim əsas vəzifəmiz qrupdan çıxmaq olacaq. Ondan sonra isə mümkün qədər irəliləmək.

- Siz Serbiya yığması haqda demək olar ki, heç nə demədiniz...

- Mən demək olar ki, bu komanda haqda heç nə bilmirəm. Heç bilmirəm onlar püşkatma vaxtı ikinci səbətdə necə yer alıblar. Amma vaxt var və biz onları öyrənməyə çalışacağıq. Sizə indidən ancaq onu deyə bilərəm ki, serbləri keçə bilərik.

- Bu komandalarla düşməyimiz planlarınızı dəyişdirməyəcək?

- Elə də yox. Noyabrda Braziliyada Qran-pri yarışı olacaq. Biz də orda iştirak etmək istəyirik. Əgər çıxış etməsək də belə, orda təlim-məşq toplanışı keçməliyik. Orda yaxşı sınaqçı-rəqiblər də tapmaq olar. Yaxşı hazırlaşmaq lazımdır. Çünki rəqiblərimiz də əllərini yanına salıb oturmayacaqlar.

- Hansısa dəyişikliklər olacaq?

- Xeyr. Bunun üçün çox az vaxtımız var. Əlimizdəki kadrlarla kifayətlənməli olacağıq. Ola bilsin ki, iki yerli oyunçu götürdük. Qapıçılara gəlincə, bir nömrə yenə Andrey Tveryankindir. Təəssüf ki, Azərbaycanda yaxşı qapıçı yoxdu.
islamazeri.az




  

Məlumatdan istifadə etdikdə istinad vacibdir!



Saytı hazırladı artiweb || IE 8+, Firefox 3.6+, Crome 10+, Macromedia Flash, 1024 x 768