اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً 
Bugün: 22.05.2012, 30 Cəmadiyül-axır 1433

"Bizim qonaq": Mayis Güləliyev

Yayım Tarixi: 04.02.2012 13:14
Reportaj
Yazı ölçüsü: büyüt küçült         

haber
Fevral ayının qonağı fəlsəfə doktoru və iqtisadçı alim Mayis Güləliyevdir

Bu ay ərzində Mayis Güləliyevə suallarınızı göndərə və ayın sonunda cavablarınızı görə bilərsiniz.

Suallarınızı bizim-qonaq@mail.ru e-mail ünvanına göndərə bilərsiniz. 


Qonağımız haqda məlumat:
Mayis Güləliyev 17 Oktyabr 1960-cı ildə Şamaxı rayonunun Məlikçobanı kəndində anadan olmuşdur.
1984-cü ildə Azərbaycan Dövlət Universitetinin fizika fakültəsini bitirmişdir.
1991-ci ildə Azərbaycan Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunda namizədlik dissertasiyası müdafiə edərək “fəlsəfə elmləri namizədi” alimlik dərəcəsi almışdır.
1987-1992-ci illərdə Moskva Aviasiya İnstitutunun “Vosxod” filialında assistent və baş müəllim,
1992-1993-cü illərdə Azərbaycan Pedaqoji İnstitutunda baş müəllim və “Azərbaycan” Universitetində dosent vəzifələrində çalışmışdır.
1993-2000-ci illərdə müxtəlif qurumlarda ekspert kimi fəaliyyət göstərmişdir.
2001-2002-ci illərdə Bakı Biznes Universitetində dosent kimi çalışmışdır
2000- 2006-cı illərdə Vətəndaş Təşəbbüsləri Mərkəzində prezident və koordinator kimi çalışmışdır.
2003-cü ildən “Yerli özünüidarə məsələləri” jurnalının baş redakorudur. 2003-cü ildən fəaliyyətdə olan bu jurnalın 18 sayı dərc edilmişdir.

Vətəndaş Təşəbbüsləri Mərkəzi tərəfindən həyata keçirilən çoxlu sayda layihələrin koordinatoru olmuşdur. Konfliktlərin transformasiyası, sosial marketinq, yerli özünüidarə, neft kontraktlarının təhlili, monotorinq metodologiyasının təkmilləşdirilməsi və sair məsələlərlə bağlı xüsusi kurslar və treninqlərin iştirakçısı olmuşdur.

Bələdiyyə idarəçiliyinə, neft gəlirlərinin səmərəli istifadəsinə, regional siyasətə və sair sahələrə aid çoxlu sayda məqalələrin müəllifidir.

Bələdiyyə idarəçiliyinə aid üç kitabın həmmüəllifidir. Neft gəlirlərinə aid iki kitabın həmmüəllifidir.

“Bəzi ümumi qayğılar” (2003) və “Некоторые общие заботы” (2003), «Права человека на линии» (2004), “Kəmər üzərində insan hüquqları” (2004) və “Hasilat sənayesində Şəffaflıq Təşəbbüsü” (2006) kitabları Mayis Güləliyev tərəfindən İngilis dilindən azərbaycan və rus dillərinə tərcümə edilmiş və geniş tirajla dərc edilmşdir.

Mayis Güləliyevin 2005-ci ildə dərc edilmiş “Yaxşı idarəetmə nədir” kitabı idarəetmənin nəzəri problemlərinə həsr edilmişdir.
2007-ci ildə dərc edilmiş “Böyük Şeytan və ya Sonun Başlanğıcı” kitabı isə regional siyasətə və Azərbaycanın ictimai siyasi həyatında son 20 ildə baş verən ictimai-siyasi hadisələrə həsr edilmişdir.

Mayis Güləliyev hazırda “Qloballaşma və Cənubi Qafqazda geosiyasi perspektivlər” mövzusunda doktorluq dissertasiyası üzərində çalışır.

Poliglotdur.

Fəlsəfə, regional siyasət, neft siyasəti, beynəlxalq maliyyə institutları, konfliktlərin həlli, regional iteqrasiya, ekoloji problemlər və sair məsələlərlə bağlı müxtəlif xarici ölkələrdə beynəlxalq konfranslarda iştirak etmişdir.

Regional siyasət, sosial problemlər, regional konfliktlərin həlli ilə bağlı Azərbaycan KİV-də mütəmadi çıxışlar edir.

Bir çox beynəlxalq təşkilatların, o cümlədən Bank watch, Bank Information Center, One world Action, CENN, İnternational İDEA, ACİ-Yardım Fondu (Soros Fondu) təşkilatlarının Azərbaycan üzrə eksperti olmuşdur.

Ailəlidir. Üç övladı və iki nəvəsi var.
islamazeri.az




  

Məlumatdan istifadə etdikdə istinad vacibdir!



Saytı hazırladı artiweb || IE 8+, Firefox 3.6+, Crome 10+, Macromedia Flash, 1024 x 768