Britaniyanın ali məhkəməsi apardığı proseslər barədə Twitterdə mesajlar yaymağa başlayacaq
İslamazeri.az-ın BBC-yə istinadən verdiyi xəbərə görə, Ali Məhkəmənin Twitter internet saytından ilk dəfə olaraq istifadəsi yeni hakimin andiçmə mərasimindən tvitlərlə başlayacaq.
Sözçü deyib ki, bu, dünyada prosesləri tvit edən ilk məhkəmədir.
Ali Məhkəmə proseslərin mümkün qədər açıq olması məqsədilə tvitlər etməyə başladığını bildirir.
Məhkəmənin Twitterdəki səhifəsini artıq 2100-dən artıq insan izləyir.
Twitter xidmətinin WikiLeaks yaradıcısı Julian Assange-ın apellyasiya məhkəməsindən öncə istifadəyə başlanması mühüm hadisə hesab olunur.
islamazeri.az