اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً 
Bugün: 22.05.2012, 30 Cəmadiyül-axır 1433

Britaniyada alma yağışı yağıb

Yayım Tarixi: 17.12.2011 15:24
Maraqlı
Yazı ölçüsü: büyüt küçült         

haber
İngiltərədə yerli əhalinin başına həqiqətən alma tökülüb

İngiltərənin Koventri şəhərində əlamətləri "İncil"dəki motivlərlə üst-üstə düşən qeyri-adi təbiət hadisəsi baş verib. "The Daily Telegraph"in yazdığına görə, bazar ertəsi gecəsi yerli əhalinin başına həqiqətən alma yağıb. Yüzlərlə meyvə şəhərin kvartallarının birində adamların başına tökülərək onları qorxudub. Vətəndaşlardan heç kim xəsarət almayıb, lakin bir neçə avtomobil zədələnib. Qəribə yağışın şahidlərindən biri Deyb Mikkins gördüklərini belə izah edir: "Hər şey gözlənilməz və anlaşılmaz idi. Bütün insanlar sadəcə təəccübdən donub qalmışdılar.

"Meteoroloqlar təbiətin qeyri-adi təzahürünü izah etməyə çalışıblar. Onların fikrincə, hər şeyə Böyük Britaniyanın şimalından əsən şiddətli külək günahkardır. Küləyin şiddəti meyvələri havaya qaldırıb, bundan sonra 10 kilometrlərlə yol qət edib və Koventriyə tökülüb. Şahidlər təkcə göydən tökülən meyvələrdən deyil, həm də yerkökündən və baş kələmdən danışırlar.Qeyri-adi yağıntılar zaman-zaman digər ölkələrdə də qeydə alınır.

Müsal üçün, 2002-ci ildə Yunanıstanın şimalındakı Korona qəsəbəsində diri balıqdan yağış yağmışdı. 2004-cü ildə Xorvatiyada qurbağa yağışı yağıb, bir ildən sonra isə Serbiya əhalisinin başına suda-quruda yaşayan heyvanlar tökülmüşdü.Bəzən də insanlar özləri süni şəkildə qəribə yağışlar yaradırlar. Müsal üçün, bu ilin iyul ayında üçqat terrorun baş verdiyi Hindistanın Mumbai şəhərində brilyant yağışı yağmışdı. Bombalardan biri zərgərlik bazarında partlamışdı və 5,6 milyon dollarlıq ləl-cavahirat şəhərin bir rayonuna səpilib.
islamazeri.az




  

Məlumatdan istifadə etdikdə istinad vacibdir!



Şərh et yorum

ŞƏRHLƏR

Ferid
19.12.2011 23:53
Salamu Aleykum
bugunluk saqolun tesekuredirem bize verdiyniz melumata gore
Şərh et yorum

 

Saytı hazırladı artiweb || IE 8+, Firefox 3.6+, Crome 10+, Macromedia Flash, 1024 x 768